Bazar , Avqust 25 2019
Ana səhifə / Aktual / ZAKİR FƏRƏCOVLA MÜQAYİS VERDİYEVİN EVCİK-EVCİK OYUNU – VƏZİFƏ SƏHLƏNKARLIĞI, YOXSA YEYİNTİ

ZAKİR FƏRƏCOVLA MÜQAYİS VERDİYEVİN EVCİK-EVCİK OYUNU – VƏZİFƏ SƏHLƏNKARLIĞI, YOXSA YEYİNTİ

Yəqin məlumatınız var ki, bu yaxınlarda Prezident Sumqayıtda oldu və orada bir sıra yeni tikilən və təmir edilən obyektlərin açılışında şəxsən iştirak etdi. Azinforum.az xəbər verir ki, bu səfərdən dərhal sonra, mediada Sumqayıtda görülən və şəxsən Prezidentə böyük təmtəraqla təqdim olunan işlərdə halallıq prinsipinin pozulduğu barədə çeşidli məlumatlar tirajlanmağa başladı. Həmin məlumatların məğzi bundan ibarət idi ki, böyük infrastruktur layihələrinin tikilişində çalışan fəhlələr öz zəhmət haqlarını indiyə kimi ala bilməyib. Qeyd edək ki, bu mənəvi məsuliyyətsizliklə yanaşı, həm də cinayət tərkibli bir hadisə sayılır. Çünki bu məsələdə vəzifə sahibi kimi icra başçısı böyük yalnışlığa yol verib. Nəticədə külli miqdarda dövlət əmlakı mənimsənilib. Yəqin ki, daha mövzunu daha incə detallarına qədər araşdırmaq bizim deyil, hüquq-mühafizə orqanlarının üzərinə düşür və açılan cinayət işində belə mətləblərə xüsusi fikir veriləcək.

Azinforum.az xəbər verir ki, pullarını ala bilməyən fəhlələr bir neçə gündür ki, ardıcıl olaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirir.
Burada məsələnin başqa bir aspekti maraqlıdır.  Azinforum.az-ın təqdim etdiyi  sənədlər Müqayis Verdiyev barəsində seçilmiş həbs qəti imkan tədbiri qərarının sürətidir. Sənədən görünür ki, Müqayis Verdiyev məhs Sumqayıtda aparılan tikintilərdəki pul mənimsəmədiyi səbəbindən həbs edilib.

muqayis

Qeyd etmək yerinə düşər ki, Sumqayıtdakı bütün tikinti quruculuq işlərinə həqiqətən də Müqayis Verdiyev rəhbərlik edib. Bax, maraqlı sual burda yaranır: niyə məhs Müqayis Verdiyev? Onun hansı qeyri- adi bacarığı var ki, rayon və şəhərlərdə aparılan tikinti işləri məhz ona tapşırılır? Müqayis Verdiyevin iş adamı kimi o qədər də parlaq reputasiyasının olmadığını nəzərə alsaq,  onda  Verdiyevdəki  cəzbedici keyfiyyətlərin üzərində xüsusi dayanmaq yerinə düşər. Görəsən onda hansı maqnit qüvvəsi var ki,  icra başçılarını  özünə  yapışdırır?

Məlumat üçün bildirək ki, Müqayis Verdiyev yenicə həbsdən buraxılan kimi Zakir Fərəcov ona bu məhsul vəzifəni tapşırıb. Bilirsinizmi Müqayis Verdiyevi bundan əvvəl nəyə görə həbs etmişdilər? Bundan əvvəl iş adamı iki rayonda belə abadlıq-quruculuq işləri görüb  və hər ikisinin sonunda eyni vəziyyət yaranıb. Onda da, fəhlələr və tikinti materiallarını verən firmalar üsyana qalxıb ki, onlara vəd olunan məbləğlər mənimsənilib.

muqayis1

Mənimsənilən pulllarla bağlı izahatın verilməsində İcra başçıları Müqayisi, iş adamı isə icra başçılarını günahlandırıb. Vaxtilə bu mövzu medianın gündəmini də zəbt etmişdi. Sonda Müqais Verdiyev həbsə gedib və qısa müddətdən sonra azadlığa buraxılıb. Nəticədə nə fəhlələrin pulu çatıb, nə də təchizatçı firmaların. Bunu biz  biliriksə, Zakir Fərəcovun  xəbərsiz olduğunu  iddia etsək gülməli vəziyyətə qalarıq. Elan olunan ittihamdakı maddələrdən də görünür ki, söhbət külli miqdarda dövlət əmlakının mənimsənilməsindən gedir. Deyilənə görə, məbləğ milyonlarla ölçülür. Yəqin ki, bu dəfə də, yüngul “istirahətdən” sonra, Verdiyev yenidən azadlığa çıxacaq. Onu hansısa rayonun abadlaşması ilə bağlı yeni bir icra başçısı ilə şərik işlədiyini görsəniz də qəti təəccüblənməyin. İstərdik ki, bu suala Zakir Fərəcov cavab versin: məgər bu ölkədə Müqayisdən başqa dövlət pullarını etibar ediləsi adam yox idi, ay icra başçısı?

EMİN FƏRHADLI

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Atası yatan körpəyə baxdı, nə baş verdiyini görəndə kameraya çəkdi – VİDEO

Ailədə uşağın dünyaya gəlişi həmişə həyəcanverici və qeyri-adi olur. Körpələrinin adicə görünüşündən, sadəcə baxışından valideynlərin …

Bir cavab yazın