Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Aktual / Zahid Oruc: “Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməlidir”

Zahid Oruc: “Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməlidir”

Millət vəkili Zahid Oruc Mənzil Məcəlləsinin tamamilə yenilənməsinin, dəyişdirilməsinin tərəfdadır.
Bununla bağlı təklifini parlamentin plenar iclasında dilə gətirən millət vəkili bildirib ki, xüsusilə Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməli, asanlaşdırılmalıdır:
“Biz artıq  Sovet dövründə yaşamırıq. O zamanlar xüsusilə Bakı şəhərində qeydiyyat məsələsi çox ağır idi. Ona görə indi bu məsələdə yüngülləşdirici addımlar atılmalıdır. Konkret olaraq, qanunvericiliyə, Mənzil Məcəlləsinə ciddi yeniliklər, dəyişikliklər edilməlidir. Məsələn, qeydiyyat məsələsi vətəndaşın yaşayış yeri üzrə aparılmalıdır.
Yəni onun yaşadığı mənzili dərhal onun adına sənədləşdirməmək də olar. Əsas odur ki, qeydiyyat proseduru sadələşdirilsin, sonra digər addımlar atılsın. Həmçinin yeni tikilən binlarda idman zalları açılar. Kimlərsə əzəl yığacaq deyə, orada yeni mənzillərdə yaşayanların bu gedişlə əzələlələri “sıradan” çıxacaq”.(Oxu.Az)

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …