Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Zərgərlik sektoru: qızıl qaçaqmalçılığı və “kölgə iqtisadiyyatı” ilə mübarizə

Zərgərlik sektoru: qızıl qaçaqmalçılığı və “kölgə iqtisadiyyatı” ilə mübarizə

Azərbaycanın zərgərlik sektorunda dövlətlə biznesin birbaşa dialoqunu qurmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” adlı konfransda deyib.

Onun sözlərinə görə, idxal əməliyyatlarına yüksək vergi və rüsumların tətbiq olunması qanuni fəaliyyət göstərən şirkətlərin qaçaqmalçılığa üstünlük verməsinə şərait yaradır ki, bu da “kölgə iqtisadiyyatı” ilə mübarizəni çətinləşdirir.

Komitə sədri bildirib ki, zərgərlik sahəsinin nizamlanması mexanizminin mahiyyəti sahibkarlaar üçün əlverişli şəraitin yaradılması, dövlətlə biznesin dialoqunun qurulması, məhsulun qanunsuz dövriyyəsi və daşınması ilə birgə mübarizənin aparılmasındadır və bu da öz növbəsində bu sektorun dinamik inkişafına gətirib çıxaracaq: “Biz Azərbaycanda zərgərlik sahəsində problemlərin ciddi olduğunu bilirik. Bu problemin həllinə vahid komanda ilə yanaşsaq, zərgərlik sahibkarlığının qanuni və məhsuldar inkişafı mümkün olacaq. Əks halda isə, dövlət və özəl sektor birgə tədbirlər görməsə, bu bazarın inkişafı mümkün deyil”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …