Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Zəngəzur dəhlizinin açılacağı tarix mətbuata sızdırıldı

Zəngəzur dəhlizinin açılacağı tarix mətbuata sızdırıldı

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan 2021-ci ilin dekabrın ortalarına qədər regional nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı razılaşmanı imzalayacaq.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, razılaşma Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətini təmin edəcək. Nəqliyyat dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirəcək.

Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizinin açılışını faktiki olaraq rəsmiləşdirən müqavilənin mətni Ermənistan mətbuatına sızdırılıb./Modern.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …