Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Zəlzələdən sonra su anbarında təhlükəli vəziyyət – Əhali təcili köçürülür…

Zəlzələdən sonra su anbarında təhlükəli vəziyyət – Əhali təcili köçürülür…

İran-İraq sərhəddində baş verən zəlzələdən sonra Dərbəndihan su anbarına yaxın yaşayış masivvlərinin təcili boşaldılması barədə xəbərdarlıq edilib.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şimali İraq Kürd Muxtariyyətinin əkinçilik və su mənbələri naziri Abdulsəttar Məcid açıqlamasında Süleymaniyyədəki su anbarında təhlükəli vəziyyətin yarandığını, zərərin miqyasının öyrənilməsi üçün təcili tədbirlər gördüklərini bildirib.
Nazir zərərin müəyyənləşdirilməsi və baş verə biləcək bir fəlakətin qarşısının alınması üçün su anbarında araşdırma apardıqlarını bildirərək su anbarına yaxın yaşayış yerlərində yaşayanları təcili evlərini tərk etməyə çağırıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …