Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Zəhərlənən qızlarla bağlı nazirlikdən açıqlama

Zəhərlənən qızlarla bağlı nazirlikdən açıqlama

Dünən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabil qiymətləndirilir. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 tələbə –  Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi stasionar şəraitdə davam etdirilir.

Xatırladaq ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub.

Tələbələrin zəhərlənmə səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …