Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Aktual / Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilir

Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilir

Bu gün Bakı Ürək Mərkəzində oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş “Səhiyyədə müasir nailiyyətlər” mövzusunda konfrans keçirilir.

Virtualaz.org saytı xəbər verir ki, tədbirdə Zərifə Əliyevanın həyatı və tibb elminə verdiyi tövhələrdən bəhs edilib. Axşama kimi davam edəcək konfransa respublikanın tanınmış həkimləri, elm adamları qatılıb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi Könül Xəlilova akademikin həyat yolundan danışıb. O bildirib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzsiz rolu olub. Zərifə Əliyeva “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaiti, 150-yə yaxın elmi iş, 1 ixtira və 12 səmərəli təklifin müəllifidir.

Həmçinin oxuyun

DYP gizli radar iitihamlarına aydınlıq gətirdi: “İntizamsız sürücülər yollarda heç bir nəzarət sisteminin olmamasını istəyirlər”

Bəzi şəxlər sosial şəbəkələrdə və internet saytlarda guya “yol polisi yollarda gizli radarlar quraşdırır, maksimum …