Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Aktual / Zəngilan xəbərini göz yaşları ilə çatdıran aparıcı İlham Əliyev və Ərdoğanla görüşdü (VİDEO)

Zəngilan xəbərini göz yaşları ilə çatdıran aparıcı İlham Əliyev və Ərdoğanla görüşdü (VİDEO)

ARB 24 telekanalının “xəbərlər” proqramının aparıcı Günel Mönsümova Zəngilanda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Bu barədə “İşgüzar səhər” verilişində bildirilib. Məlumata görə, ötən il efirdə Zəngilanın azad edilməsi barədə xəbəri sevinc göz yaşları ilə çatdıran Günel Mönsümova Zəngilanda  “Dost Aqropark”ın təqdimatında da aparıcılıq edib. Mərasimdən sonra isə zəngilanlı aparıcı və prezidentlər arasında səmimi söhbət baş tutub. Günel Mönsümova rayonun Ağalı kəndindən olmasını Ərdoğanın diqqətinə çatdırıb. Daha sonra isə xatirə fotosu çəkilib.

Qeyd edək ki, ötən il Ərdoğan çıxışında İlham Əliyevlə telefon danışığı zamanı   ARB 24 kanalının aparıcısı Günel Mönsümovanın Zəngilanın azad olunma xəbərini göz yaşları ilə çatdırmasından bəhs etdiyini bildirmişdi.

Həmçinin oxuyun

Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli sərəncamları ilə İsmayıl Sultan oğlu İsmayılov …