Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / “Zəng edəndə ki, etiraz aksiyasına gəl, deyirdim səbrli olun” – Şəhid polislərin vərəsələrindən Prezidentə TƏŞƏKKÜR

“Zəng edəndə ki, etiraz aksiyasına gəl, deyirdim səbrli olun” – Şəhid polislərin vərəsələrindən Prezidentə TƏŞƏKKÜR

Prezident İlham Əliyev 28 yanvar 2019-cu ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”fərmana dəyişiklik edib. Dəyişikliklə 11 min manat birdəfəlik sığorta ödənişi daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə və əvvəllər (o vaxtkı məzənnə ilə) ödəniş almış vərəsələrə də şamil olunub.
Qeyd edək ki, fərmana qədər bir qrup şəhid ailəsinin üzvü Milli Məclisin, Prezident Aparatının qarşısında etiraz aksiyaları keçirmiş, fərmanın onlara da şamil olunmasını istəmişdilər.
Ölkə başçısının imzaladığı fərmanla isə bütün narazılıqlara son qoyuldu.
Fərmanın şamil olunduğu şəhid polislərimizin vərəsələri də bu fikirdədir.
1994-cü il yanvar 23-də Fizuli rayonun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə 34 yaşında (1960-cı il təvəllüdlü) həlak olmuş Şəhid polis Cəfərov Çingizin oğlu Emil Cəfərov Modern.az saytı vasitəsilə ölkə başçısına təşəkkür edib:
“Tək mən yox, fərmanın şamil olunduğu bütün şəhid ailələri ölkə başçısının bu addımını yüksək qiymətləndirir. Sosial şəraitimizin yaxşılaşdırılması üçün dövlət tərəfindən bu cür maddi dəstəyin göstərilməsi təqdirəlayiqdir”.
1992-ci ildən indiyədək dövlət qayğısı ilə əhatə olunduğunu bildirən Şəhid polis Əbülfət Əliyevin həyat yoldaşı Vərziyar Əliyeva Prezident İlham Əliyevvədaxili işlər naziri Ramil Usubova təşəkkür edib.
Xatırladaq ki, onun həyat yoldaşı Əbülfət Əliyev 1963-cü il yanvarın 11-də Xocalıda dünyaya gəlib. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı aeraportunun müdafiəsi zamanı qəhrəmancasına həlak olub və ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.
V.Əliyeva deyib ki, ilk fərmandan sonra etirazlar baş verəndə etapla bütün şəhid ailələrinə birdəfəlik ödəniş veriləcəyi bildirilib:
“Mənə zəng edəndə ki, etiraz aksiyasına gəl, deyirdim səbrli olun. Mən əmin idim ki, etiraz aksiyası keçirilsə də, keçirilməsə də bu, bütün şəhid ailələrinə şamil olunacaq. Doğrudan da sonuncu fərmanla sığorta ödənişi 461 nəfər polis ailəsinin vərəsələrinə də şamil olundu. Hamı sevindi. Çünki sosial şəraitimizin yaxşılaşdırılması üçün bu vəsaitə ehtiyacımız var. Bizə məlumat verildi ki, sonrakı mərhələdə özünümüdafiə batalyonun üzvləri də sığortapulunu alacaqlar. Hətta əvvəllər sığortahaqqı alanlar da bu fərmandan yararlanacaqlar. Çünki hesablamalar göstərdi ki, illər əvvəl cəmi 200 dollar sığortahaqqı alıblar. Mən düşünürəm ki, şəhid ailələri üçün bundan böyük dəstək ola bilməz. Doğrudur, milyonlar olsa belə, bizim itkilərimizi əvəz etmir. Mən özüm 10 şəhid vermişəm. Xocalılardan çox itki verən yoxdur. Mənim atam, babam şəhid olub, bacımın ailəsi məhv oldu. İndi mən üsyan edim ki, bu qədər şəhid vermişəm?… Tarix boyu torpaq uğrunda şəhidlər verilib, bundan sonra da veriləcək. Biz şəhid ailələri hər zaman dövlətin siyasətini dəstəkləyirik”.
1965-ci il 1 aprel Ağdam doğumlu Şəhid polis Əliyev Raqubun həyat yoldaşı Tərlan Əliyeva belə bir fərman imzalanmasından dolayı sevincli olduğunu dilə gətirib:
“Həyat yoldaşım 1992-ci il noyabrın 1-də Qubadlı rayonun Muradxanlı kəndi uğrunda gedən döyüşlərdə böyük mübarizədən sonra düşmənlə təkbətək qalaraq şəhid olub. Onun olduğu tankı düşmən partlatmışdı. Onun əvəzini heç nə ilə geri qaytarmaq mümkün deyil. Amma indi oğlumun da, mənim də bu ödənişə ehtiyacımız vardı. Çünki övladım yaşa dolub, onun ailə qurması üçün müəyyən xərclərə ehtiyacımız var. Doğrudur, ilk fərmandan sonra narazılıqlar oldu,  etiraz aksiyaları keçirildi. Ceyhun müəllim bizi Prezident Aparatında qəbul edəndə bildirdilər ki, polis ailələri də nəzərə alınacaq. Təşəkkür edirəm Prezident İlham Əliyevə və Vitse-Prezident Mehriban  Əliyevaya”.
Prezident İlham Əliyevin şəhid ailələrilə görüşünün iştirakçısı olmuş Şəhid polis Kamal İsmayılovun həyat yoldaşı Fəridə Yaqubova da fərmandan dolayı dövlət başısına minnətdar olduğunu deyib:
“Yoldaşım Kamal 1965-ci ildə Qubadlıda doğulmuşdu. 1992-ci ildə Laçında gedən döyüşlərdə şəhid olub. Həmin vaxtdan indiyədək hər zaman dövlət tərəfindən dəstək görümüşk. Sonuncu fərman isə biz şəhid ailələrini çox sevindirdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə çox səmimi görüş keçdi. Onlar tam səmimi şəkildə bizimlə görüşdü, çox qayğı göstərdilər. Sağ olsunlar”.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …