Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Zəlzələdən qorxub, özünü su quyusuna atan qadınla bağlı rəsmi açıqlama

Zəlzələdən qorxub, özünü su quyusuna atan qadınla bağlı rəsmi açıqlama

Bəzi kütləvi informasiya vasitələrində Göyçay rayon sakini Ruhiyyə İbadovanın bu gün saat 09:49-da respublikanın şimal rayonlarında baş verən zəlzələ zamanı qorxaraq özünü su quyusuna atıb orada ölməsi barədə informasiyalar dərc edilib.
Azərbaycan Respublikası Baş Prokurorluğundan musavat.com-a verilən məlumata görə, bununla əlaqədar bildiririk ki, sentyabrın 4-də  saat 10:55-də Göyçay rayon prokurorluğuna rayonun Məlikkənd kəndində yaşamış 1987-ci il təvəllüdlü Ruhiyyə İbadovanın elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Polis Şöbəsindən daxil olmuş məlumatla əlaqədar hadisə yerinə baxış keçirilmiş, meyitin müayinəsi aparılmış, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri prossesual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, R.İbadova həmin gün saat 10 radələrində həyətyanı sahəsini suvarmaq məqsədi ilə yaşadığı evin yaxınlığından keçən arxın içərisinə quraşdırılmış mühərriki işə salan zaman ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində 20 sm dərinliyində olan həmin arxa yıxılaraq orada vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda müvafiq  araşdırmalar davam etdirilir və hadisənin zəlzələ ilə əlaqəli olması xüsusatları araşdırılır.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın