Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Zəhranın ölümü ağır faciədir” – ABŞ səfirliyi

“Zəhranın ölümü ağır faciədir” – ABŞ səfirliyi

“Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevanın ölümü, həmçinin Səlminaz Quliyevanın yaralanması, onillərlə davam edən münaqişənin törətdiyı insanların ölümü və əzab-əziyyəti kimi çox faciəvidir”.

Azinforum.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azəbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilib.

“4 iyulda baş verən dəhşətli hadisələr, tərəflərin bir araya gələrək münaqişənin sülh yolu və danışıqlar vasitəsi ilə həll etməli olduğunu nümayiş edir. Münaqişənin hərbi yolla həlli yoxdur – irəliyə aparan yeganə yol danışıqlar vasitəsilə həllə nail olmaqdır”-deyə məlumatda qeyd olunub.

Xəbər verdiyimiz kimi, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın