Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Aktual / Yunan solçuları SOCAR-la müqaviləni pozur

Yunan solçuları SOCAR-la müqaviləni pozur

Yunanıstan hökuməti ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin SOCAR-a satışına dair 2013-cü ildə bağlanmış müqaviləni pozmağa hazırlaşır.

Virtualaz.org saytı “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə hökumətdəki mənbələr bildiriblər.

SOCAR tərəfindən DESFA-nın səhmlərinin üçdə ikisinin 400 milyon avroya alınmasına dair müqaviləyə hazıda Avropa Komissiyasının antiinhisar komitəsi baxmaqdadır.

Sövdələşmənin təsdiqlənməsi xeyli müddətdir ləngidilir və Azərbaycan tərəfi bununla bağlı Avropa Komissiyasına bir neçə dəfə etirazını bildirib. Yunanıstanda bu ilin əvvəlində hakimiyyətə gələn solçu koalisiya isə DESFA-nın səhmlərinin üçdə ikisinin satılmasını ölkənin maraqlarına zidd hesab edib, müqaviləyə yenidən baxıla biləcəyini bildirib.

Xəbərə görə, hazırda Yunanıstan hökuməti DESFA-nın səhmlərinin 66 faizini yox, 49 faizini SOCAR-a satmağa hazırdır.

Bildirilir ki, SOCAR əvvəlcə yunan şirkətinin səhmlərinin 100 faizini almağı təklif edib. Ancaq sövdələşmə Avropa Komissiyasının xahişi ilə aprel ayına təxirə salınıb. Buna baxmayaraq aprel ayında da Avropa Komissiyası SOCAR-DESFA sövdələşməsinə dair qərar çıxarmayıb.
DESFA-nın alınması SOCAR üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan şirkəti bu şirkəti almaqla “Şahdəniz” qazının Yunanıstan üzərindən Avropa bazarlarına çıxarılmasında əlavə üstünlüklər qazanmaq istəyir.

“Bloomberg” xəbər verir ki, Yunanıstan hökuməti təkcə DESFA-nın özəlləşdirilməsinə dair müqaviləyə deyil, əvvəlki hökumətin həyata keçirdiyi digər özəlləşdirmələrə də yenidən baxmağı nəzərdən keçirir. Yunan solçuları hesab edir ki, dövlət mülkiyyətində olan şirkətlərin nəzarət səhm paketlərinin xarici şirkətlərə satılması düzgün deyil.

Həmçinin oxuyun

“Xalq artisti” və “Əməkdar artist”lərə nə qədər pul verilir? – Sayları açıqlandı

“Hazırda Azərbaycanda 230 nəfərdən çox “Xalq artisti”, 340 nəfərdən çox isə “Əməkdar artist” fəxri adına …

Bir cavab yazın