Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Aktual / Yüksək rütbəli məmurlar gömrük postunda – Fotolar

Yüksək rütbəli məmurlar gömrük postunda – Fotolar

Noyabrın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olublar.

DGK-nın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib, ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effektivliyinin daha da artırılması və yoxlama müddətlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib.

Bununla yanaşı, gömrük-sərhəd buraxılış məntəqəsində yeni xidmətlərin tətbiqinə dair iki layihəyə baxılıb. CIP və Fast Track (sürətli ödənişli keçid) xidmətlərilə bağlı olan bu layihələrin hazırlanmasına start verilib. Bu layihələrə əsasən, biznes təmsilçiləri və işgüzar şəxslərə gömrük-sərhəd buraxılış məntəqəsində növbədənkənar xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Daha sonra “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində elektron növbə sisteminin tətbiqi ilə bağlı infrastruktura baxış keçirilib. Bu sistemin tətbiq olunması hesabına isə gömrük-sərhəd keçid məntəqələrində sıxlıqların aradan qaldırılması nəzərdə tutulur. Belə ki, qabaqcadan “onlayn” növbə tutmaq vətəndaşların və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçidini asanlaşdırmağa yardım edir.


VIPedu.BIZ

Həmçinin oxuyun

Döyülən direktorla bağlı növbəti açıqlama – Nazir nəzarətə götürdü

Bakı Şəhəri üzrə Təhsil İdarəsi aktyor Rza Rzayevin 175 nömrəli tam orta məktəbin direktoru Tural …