Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Yolda qalan maska, olmayan təmizlik işçisi və daha nələr..: – Marketlər “virus qaydaların”a necə əməl edir?

Yolda qalan maska, olmayan təmizlik işçisi və daha nələr..: – Marketlər “virus qaydaların”a necə əməl edir?

Koronavirusun sürətlə yayılması, vaksinin hələ olmaması, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən virusun pandemiya elan olunması dövlətləri daha ciddi addımlara məcbur edir.

Martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarla Azərbaycan ərazisində xüsusi rejim tətbiq edilir. Belə ki, 1 ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurum və vətəndaşlardan ciddi qaydalara riayət etmələri tələb olunur. Koronavirusla mübarizə alış-veriş mərkəzlərində də özünəməxsus şəkildə aparılır. Qaydalara görə, burada hərarət ölçmə qurğularının yerləşdirilməsi, xidmət göstərən personalın xüsusi geyim vasitələri ilə təmini, havalandırma sistemlərinin işlək olması, dezinfeksiya tədbirlərinin mütəmadi olaraq həyata keçirilməsi, kassa qarşısında və ya digər yerlərdə növbələrdəki insanlar arasında iki metrlik məsafə saxlanılması tələbləri qoyulub.

Qaydalara necə əməl olunur?

Maraqlıdır, alıcıların çox getdiyi supermarketlərdə bu qaydalara əməl olunurmu? Məsələni aydınlaşdırmaq üçün bir neçə marketə baş çəkdik. Yolumuz əvvəl “Nizami Mall”ın yaxınlığındakı “Grandmart” supermarketindən düşdü. Burada bir neçə məqam diqqəti çəkdi. Girişdə iki işçi spirt və kolonya təklif edirdi, bu da dezinfeksiya işlərinin aparıldığına işarə idi. Marketdə havalandırma sistemi işlək vəziyyətdə idi. Həmçinin işçilər maska və əlcəkdən istifadə edirdilər. Lakin girişdə hərarət ölçən qurğu, həmçinin giriş və çıxışlarda ÜST-ün Covid-19 üzrə məsləhətləri ilə bağlı panolar yox idi. Məsələ ilə bağlı marketin müdir müavini Fəqan Rəhimovla danışdıq. Onun sözlərinə görə, mütəmadi olaraq dezinfeksiya işləri görülür: “Hər yarım saatdan bir arabalar, səbətlər spirtlənir, içərisi şampunla yuyulur. Zal gündə müvafiq olaraq 7-8 dəfə xlorlanır, qeyri-iş saatlarında da təmizlik işləri davam etdirilir”.

“Maska yoldadır”

“Nizami” metrostansiyasının yaxınlığında, Əlibəy Hüseynzadə küçəsindəki “OBA” marketdə isə vəziyyət o qədər də ürəkaçan deyildi. Çünki dezinfeksiya işləri demək olar, aparılmır, işçilər əlcəkdən istifadə etsələr də, maska taxmamışdılar. Havalandırma da zəif idi. “OBA” marketin özünü təqdim etməyən administratorunun sözlərinə görə, təmizliyə baxan xüsusi işçi yoxdur:

“Təmizlik işçilər tərəfindən həyata keçirilir. Maska hazırda istifadə olunmur, lakin şirkət tərəfindən göndərilib, yoldadır”.

Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …