Cümə , Aprel 19 2024
Ana səhifə / “Yolda dilənən insanlara pul verəndə gəlirim azalır” – Nadir Qafarzadə

“Yolda dilənən insanlara pul verəndə gəlirim azalır” – Nadir Qafarzadə

Müğənnim Nadir Qafarzadə ölkədə yaşanan maddi böhrandan danışıb.
 
Musavat.com saytına açıqlama verən sənətçi bildirib ki, hazırda toylara dəvət almır: “Dəvət aldığım toy yoxdur. Bu, o demək deyil ki, dünyanın axırı gəldi. Əsas odur ki, salamatlıqdır, ölüm-itim yoxdur, doğmalarımız yanımızdadır. Biz  müharibə illərini, qardaşın qardaşa güllə atdığı vaxtları yadımıza salaq. Hazırda bunlar yoxdursa, azad şəkildə yaşayırıqsa, bu, hər şeyə dəyər. Bu yaxınlarda Moskavada idim. Orada inflyasiya bilirsiniz, necə gedir? Bizdə böhran neçə ildən sonra oldu. Rusiyada xarici valyutanın qalxması və yerli valyutanın enməsi onlara nə qədər təsir etsə də, veclərinə deyil. Bildirirlər ki, həyat davam edir, yaşamağa dəyər. Bizdə insanlar tez ruhdan düşürlər. Elə bilirlər ki, dollar qalxıbsa, həyat bitib. Bu sözlərimdən sonra düşünə bilərlər ki, “Nadirin nə vecinədir?” Əlbəttə, böhran məni də narahat edir, problemlərim var. Amma problemlərimi özüm həll etmək istəyirəm, kimisə yormaq istəmirəm. Bizim problemlərimiz adi insanlardan da çoxdur. Əziz millətimiz, hər zaman şükür edək, bu, bir imtahandır. İstanbulda idim, Türkiyə türklərinin bir ifadəsi çox xoşuma gəldi: “İstanbul elə bir şəhərdir ki, burada hər kəs işləməlidir”. Nadir Qafarzadə işləyib, bütün nəsli dolandırmalı deyil. Ailənin bütün üzvləri evin büdcəsinə yardım etməlidir”.
Müğənni böhran dövründə qənaətcil davranmadığını da bildirib: “Mən qənaətcil deyiləm, çox bədxərc də sayılmıram. Sadəcə, evimə bazarlıq etməyi xoşlayıram. Xəsislik etməyi xoşlamıram. Allah məni xəsislik edəndə sevmir. Xərclədikcə Allah mənə ruzi verir. Yolda dilənən, pul istəyən insanlara pul verəndə gəlirim azalır, mənə düşmür. Ailəmdən heç nəyi əsirgəmirəm. Çalışıram ki, qazancımı uşaqlarımın təhsilinə xərcləyim. Ən yaxşı kapital, qazanc uşaqların təhsilidir. Uşaqlarımızın təhsilinə önəm verəndə gələcək üçün savadlı insan yetişdiririk”.
N.Qafarzadə qeyd edib ki, övladlarına el adəti ilə qız tapmaq istəyir: “Mən övladımın internetdə tanış olduğu qızla evlənməsinin əleyhinəyəm. Amma internetdə tanış olduğu xanımla evlənənləri də qınamıram. Çünki hər kəsin fikrinə hörmətlə yanaşıram. Mən övladımı dədə-baba adəti ilə evləndirmək istəyirəm. O ənənəni itirməyək. Biz Avropalaşa bilərik, amma gərək adət-ənənəmiz dəyişməsin”.
Qeyd edək ki, Sevinc adlı xanımla evli olan sənətçinin iki oğulu var.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın