Bazar , Noyabr 28 2021
Ana səhifə / Aktual / Yol polisindən piyadalara yol verməyən sürücülərə XƏBƏRDARLIQ

Yol polisindən piyadalara yol verməyən sürücülərə XƏBƏRDARLIQ

Piyadavurma ilə nəticələnən yol nəqliyyat hadisələrinin araşdırılması zamanı əksər hallarda məlum olur ki, günah daha çox sürücülərdə olur. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli son dövrlərdə piyadavurma ilə nəticələnən qəzalar barədə şərh verərkən deyib. Onun sözlərinə görə, aparılan müşahidələr, baş verən yol-nəqliyyat hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadavurma hadisələrində sürücülərin əməlində təqsir daha çoxdur: “Bəzi sürücülərin məsuliyyətsizliyi və yollarda təyin edilən sürət həddinə laqeyd yanaşması səbəbindən ağır faciələrlə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. Sürücülər qanunvericiliyin müvafiq normaları çərçivəsində piyadalara münasibətdə diqqətli olmalıdır. Sürücü nizamlanmayan piyada keçidinə daxil olan piyadaya, eləcə də yol ayırıcından sağa və ya sola dönərkən, dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Əks təqdirdə, bu, qanunvericiliyin normalarının pozulması deməkdir və inzibati məsuliyyət yaradır”. “Yol Hərəkəti Haqqında Qanun” sürücülərin üzərinə hadisədən maksimum yayınmaq üçün idarəetmədə diqqətli olması gərəkdiyini qeyd edir. Sürücüləri qanunvericiliyin tələblərinə uyğun davranmağa və ağır yol-nəqliyyat hadisələrinə aparan davranışlardan çəkinməyə çağırırıq. Sükan arxasında ani bir diqqətsizlik həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatında geridönülməz faciələrə yol aça bilər. Qaydalara əməl edərək, həm özümüzü, həm də ətrafımızdakıları faciəvi yol qəzalarından qoruya bilərik”, – deyə o vurğulayıb.

Həmçinin oxuyun

İrəvan-Culfa yolu açılacaqmı?

“Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin düşünürəm ki, Rusiya, …