Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Yol polisi uşaq bağçalarında… – FOTO

Yol polisi uşaq bağçalarında… – FOTO

DİA.AZ: – Respublika ərazisində piyadaların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayının minimum endirilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları mütəmadi olaraq maarifləndirmə tədbirlərini davam etdirir. Onlar nəin ki, orta məktəblərdə, hətta uşaq bağçalarında da belə tədbirlərin keçirilməsini zəruri hesab edirlər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə növbəti belə tədbir Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə şəhər 11 saylı uşaq bağçasında baş tutub.

DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru Tural Niftalıyev uşaqların gələcəkdə küçə hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəmələri , eləcə də onlarda indidən yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə bu cür maarifləndirici tədbirlər keçirdiklərini bildirib.

Tədbirdə azyaşlılara əyani vəsaitlərdən, fotoşəkillərdən istifadə edilməklə piyada, küçə, yol, səki, işıqfor və digər anlayışlar barədə ətraflı məlumat verilib.

Uşaq bağçasının müdiri Elmira Haqverdiyeva belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb və polis əməkdaşlarına öz minnətdarlığını bildirib.

Sonda uşaqlar yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər

Yol polisi uşaq bağçalarında...

Yol polisi uşaq bağçalarında...
Yol polisi uşaq bağçalarında...

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …