Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Yol Polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Yol Polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov SalamNews-a bildirib ki, hazırda yol polisi tıxacların yaranmaması üçün gücləndirilmiş iş rejimində işləyir.

Bölmə rəisi sürücülərə avtomobili yüksək sürətlə idarə etməməyi, şüşəsiləni işlək olmayan avtomobillərlə yol hərəkətində iştirak etməməyi, ətrafdakıları yağış suları ilə islatmamağı tövsiyə edir. sürücülər həmçinin yollarda sürət rejimi yolun vəziyyətinə uyğun seçilməlidirlər.

Qeyd edək ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, qeyri-sabit hava şəraiti paytaxtda hələ bir neçə gün davam edəcək.

Həmçinin oxuyun

Deputat “Vergilər” qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT

2 gün əvvəl – 19.01.2021-ci il tarixində (saat 15:45) “Vergilər” qəzetinin rəsmi veb səhifəsində (vergiler.az) …