Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Aktual / Yevlax İcra Hakimiyyətinin qarşısındakı yol – 15 İLDİR BAĞLI İMİŞ

Yevlax İcra Hakimiyyətinin qarşısındakı yol – 15 İLDİR BAĞLI İMİŞ

Yevlax rayonunda uzun müddət bağlı qalan mərkəzi yol açılaraq sakinlərin istifadəsinə verilib.

Yevlax Rayon İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev bununla bağlı tapşırıq verib.

Xatırladaq ki, həmin yol Rayon İcra Hakimiyyətinin qarşısından keçdiyi üçün uzun müddət bağlı qalmışdı. Şəhərin mərkəzi küçələrindən hesab edilən yol Heydər Əliyev prospekti ilə kəsişir.

Rayon sakinləri Trend-ə bildirib ki, 15 ildir bağlı olan yol avtomobillərin şəhərin mərkəzi ilə hərəkətinə çətinlik yaradırdı.xezerxeber.az

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …