Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Aktual / Yevlax Gənclər Evində Novruz bayramı tədbiri keçirildi

Yevlax Gənclər Evində Novruz bayramı tədbiri keçirildi

Yevlax Gənclər Evinin təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilmişdir.

Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Yevlax Gənclər Evinin direktoru Elgün Əzizov və İSBAM-ın (İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi) sədri Samir Adıgözəlli Vətən müharibəsi iştirakçılarını və qazilərimizi təbrik edib Allahdan şəhidlərimizə rəhmət diləmişlər. Bizə bu şanlı qələbəni yaşadan qazilərimizlə onların döyüş meydanında göstərdiyi qəhramanlıqlardan söhbət aparılmışdır. Daha sonra Novruz bayramının simvolu olan tonqal qazilərimiz tərəfindən alovlandırılmışdır. Vətən müharibəsi iştirakçıları və qazilərimiz tonqal ətrafında yallı gedərək birlik və bərabərlik nümayiş etdirmişlər.

Həmçinin oxuyun

“Rəmişi sağalda bilmədikləri üçün ona koronavirus diaqnozu qoydular“

“Nə Rəmiş, nə də mən koronavirusa yoluxmamışdıq. Rəmişi sağalda bilmədilər və ona koronavirus diaqnozu qoydular”. …