Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Yerevanda polis etirazçılara güc tətbiq edib – Paşinyanın əleyhdarları saxlanılıb

Yerevanda polis etirazçılara güc tətbiq edib – Paşinyanın əleyhdarları saxlanılıb

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiyaçılar şəhərin mərkəzində yerləşən Maştos prospektini bağlayıblar.

Bu barədə Ermənistan mətbuatı xəbər verib.

“Biz ölkəmizin gələcəyindən narahat olan vətəndaşlar kimi bir sıra aksiyalara başlayır, Paşinyanın istefasını tələb edirik”, – aksiya iştirakçılarından biri bildirib. Onların hamısı bundan sonra “Satqın Nikol”, – deyə qışqırmağa başlayıblar.

Polis Maştos prospektini bağlayan etirazçıların bir neçəsini saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları güc tətbiq etməklə aksiyaçıların ayaqlarından və əllərindən tutaraq onları zorla polis maşınlarına mindiriblər.

“Vəziyyət gərgin olaraq qalmaqda davam edir”, – “News.am” bildirib.

Qeyd edilir ki, Yerevanın polis əməkdaşları etiraz aksiyası zamanı ümumilikdə 33 nəfəri saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçıları sıxışdırmağa çalışıblar/Report

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …