Ana səhifə / Aktual / Yer üs­tün­də sər­və­ti var, hər bir el­də şöh­rə­ti var – Han­sı mə­kan­dır…(?) – Ay­dın QU­Lİ­YEV  Naxçıvandan yazdı

Yer üs­tün­də sər­və­ti var, hər bir el­də şöh­rə­ti var – Han­sı mə­kan­dır…(?) – Ay­dın QU­Lİ­YEV  Naxçıvandan yazdı

O Nax­çı­van­dır, ta­ri­xi­ni qey­rət­dən, mərd­lik­dən, mü­ba­riz­lik­dən yaz­mış, bu­gü­nü­nü da­im ye­ni­lə­şən gö­zəl­lik üs­tün­də qu­ran hə­min Nax­çı­van…Düş­mən Er­mə­nis­ta­nın, qar­daş Tür­ki­yə­nin və İra­nın əha­tə­sin­də fi­zi­ki sər­həd­lə­ri ilə bir ada­dır. Həm də tək bu­na gö­rə yox, ey­ni za­man­da mi­sil­siz çə­tin şə­ra­it­də və mü­rək­kəb im­kan­lar çər­çi­və­sin­də qey­ri-adi sü­rət­lə in­ki­şaf et­di­yi­nə gö­rə də ada­dır.
Hə­lə ötən əs­rin 90-cı il­lə­ri­nin əv­vəl­lə­rin­də onu ağır blo­ka­da şə­rai­ti­nə məh­kum edən açıq və ör­tü­lü düş­mən­lə­rin he­sab­la­rı baş­qa idi: Nax­çı­va­nın məhv ola­ca­ğı­na və əha­li­si­nin küt­lə­vi şə­kil­də köç edə­cə­yi­nə ümid bəs­lə­yə­rək qa­ra-qu­ra plan­lar cı­zır, ca­nı­nı qur­ta­rıb İra­na, Tür­ki­yə­yə, baş­qa yer­lə­rə sə­pə­lən­miş nax­çı­van­lı­la­rın mis­kin ta­le­yi­ni xə­ya­lən göz önü­nə gə­ti­rə­rək fey­zi­yab olur­du­lar. Be­lə­cə, ötən əs­rin 90-cı il­lə­ri­nin əv­vəl­lə­rin­də Nax­çı­van bir-bi­ri­nə tam əks qüv­və­lə­rin ara­sın­da rən­gi boz, cüs­sə­si zə­if, bə­ni­zi sol­ğun, mə­nən düş­kün, gə­lə­cə­yə inam­sız gö­rü­nən səs­siz və hə­rə­kət­siz bir məm­lə­kət ha­lın­da idi. Məm­lə­kə­ti xi­las et­mək üçün çar­pı­şan mil­li döv­lət­çi qüv­və­lə­rin onun bü­tün ağır­lıq­la­rı­nı öz çi­yin­lə­ri­nə al­ma­ğa ça­lış­dı­ğı bir vaxt­da Er­mə­nis­ta­nın tim­sa­lın­da açıq və bə­zi pər­də­lən­miş düş­mən­lər bu di­ya­rın qa­nı­na su­sa­mış və­ziy­yət­də öz məkr­li plan­la­rı­nın ar­xa­sın­da idi­lər. Ta­rix­lər qə­dər ya­şı olan xe­yir-şər qar­şı­dur­ma­sı­nın baş­qa bir for­ma­da da­va­mı və tə­za­hü­rü olan bu aman­sız qar­şı­dur­ma­nın müs­bət son­lu­ğu­na ümid­lə ya­na­şan­lar bir güc­lü ar­qu­men­tə söy­kə­nir­di: Nax­çı­va­nın “əj­da­ha” plan­la­rın­dan ni­ca­tı na­mi­nə mü­ca­di­lə­yə atı­lan xe­yir qüv­və­lə­rin li­der­li­yi­ni təc­rü­bə­li və ağıl­lı döv­lət xa­di­mi Hey­dər Əli­yev öz üzə­ri­nə gö­tür­müş­dü. Hey­dər Əli­ye­vin baş­lat­dı­ğı bu yol­da nə­lə­rin baş ver­di­yi­ni yal­nız bu pro­se­sin iş­ti­rak­çı­la­rı bi­lir, so­nun­dan isə ha­mı­nın xə­bə­ri var. Nax­çı­van da­im ye­ni­lə­şən, də­yi­şən, hə­rə­kət­li, ca­zi­bə­dar mə­ka­na çev­ri­lib. Çe­vi­ril­mə­səy­di, onun in­san­la­rı­na xas qo­naq­pər­vər­lik, mərd­lik, mü­ba­riz­lik, vü­qar, əzə­mət, ki­şi­lik ki­mi də­yər­lə­ri də hə­mi­şə­lik iti­ri­lə bi­lər­di. De­mək, Nax­çı­va­nı “a”-dan “z”-dək də­yi­şə bi­lən­lər bu də­yiş­mə pro­se­si­nin için­də məm­lə­kə­tin xa­rak­te­rik re­gio­nal və mil­li-mə­nə­vi də­yər­lə­ri­ni də xi­las və hifz edə bi­lib­lər.
Mux­tar Res­pub­li­ka­nın nə qə­dər əzə­mət­li şə­kil­də də­yiş­di­yi­nin tam ma­hiy­yə­ti­ni ki­çik bir mü­qa­yi­sə ilə or­ta­ya qoy­maq olar. An­caq be­lə mü­qa­yi­sə­ni, tə­əs­süf ki, tam ob­yek­tiv sə­bə­bə gö­rə ha­mı yox, yal­nız Nax­çı­va­nın 90-cı il­lər­də­ki gün-dir­ri­yi­ni öz gö­zü ilə gör­müş və onu də­yiş­di­rən in­san­lar apa­ra bi­lər. Han­sı­lar ki, mux­ta­riy­yə­tin o za­ma­nı ilə bə­ra­bər bu­gü­nü­nü də çox yax­şı xa­tır­la­yır və gö­rür­lər. Nax­çı­va­nın də­yiş­mə pro­se­si­nin bəl­kə də adi gö­rü­nən, an­caq çox­ma­hiy­yət­li xa­rak­te­rik bir xü­su­siy­yə­ti var – Nax­çı­va­nın tək pay­tax­tı yox, tək ra­yon mər­kəz­lə­ri yox, tək kənd mər­kəz­lə­ri yox, kül­li-ha­lı də­yi­şir, me­şə­lə­ri, çö­lü-bi­ya­ba­nı, tə­pə­lik­lə­ri, dü­zən­lə­ri, yol qı­raq­la­rı, hət­ta künc-bu­caq­la­rı də­yi­şir. Çün­ki Nax­çı­va­nı kos­me­tik əmə­liy­yat­la ki­mə­sə, ha­ra­sa gös­tər­mək xa­ti­ri­nə də­yiş­mir­lər, in­sa­nın zövq ala bi­lə­cə­yi mə­ka­na çe­vir­mək üçün də­yi­şir­lər.

Cə­mi bir ne­çə ay əv­vəl öl­kə­nin apa­rı­cı me­dia rəh­bər­lə­rin­dən iba­rət bir qrup­la Nax­çı­van­da ol­muş­duq. Bu ya­xın­lar­da KİVDF-nin təş­ki­lat­çı­lı­ğı ilə ge­niş tər­kib­də me­dia rəh­bər­lə­ri sı­ra­sın­da Nax­çı­van­da ye­ni­dən ol­dum. Nax­çı­va­nın iq­ti­sa­diy­ya­tı­nın, aq­rar sek­to­ru­nun, biz­nes, tu­rizm, təh­sil, mə­də­niy­yət alə­mi­nin fa­si­lə­siz də­yiş­di­yi­ni, də­yiş­mək­də da­vam et­di­yi­ni yə­qin­ləş­dir­mək üçün bu beş-al­tı ay da ki­fa­yət et­di. Nə­in­ki qu­rub-ya­ra­dır­lar, hət­ta ya­ra­dı­lan­la­rın sol­ma­sı­na, köh­nəl­mə­si­nə, zə­if­lə­mə­si­nə, sı­ra­dan çıx­ma­sı­na be­lə im­kan ver­mir­lər.
Be­lə­lik­lə, Nax­çı­va­nın dü­nə­ni, bu gü­nü və sa­ba­hı bir-bi­ri­nə bağ­la­nıl­maq­la bə­ra­bər, onun müx­tə­lif za­man­lar­da ya­ra­dıl­mış mad­di və mə­nə­vi də­yər­lə­ri­nin də bir-bi­ri­nə ca­lan­ma­sı ilə can­lı tə­bii-ic­ti­mai kom­po­zi­si­ya ya­ra­dı­lır. İl­lər ön­cə dö­şən­miş as­falt yol­lar, yol qı­raq­la­rın­da­kı tro­tu­ar­lar il­kin tə­zə gö­rü­nü­şü­nü itir­mir, ya­şıl­lıq zo­laq­la­rı azal­mır, bir vaxt­lar na­dir sa­yı­lan hey­van növ­lə­ri in­di az qa­la sü­rü ha­lı­nı al­maq­da­dır. Bəl­kə kim­sə inan­maz ki, er­kən yay fəs­lin­də Ba­ta­bat me­şə­lə­rin­dən ke­çən ma­gis­tral­dan o yan-bu ya­na ad­la­yan ki­çik qa­ban sü­rü­lə­ri­ni də öz göz­lə­ri­miz­lə gör­dük. Hey­va­nat, bit­ki alə­mi bər­pa olu­nur­sa, yer­li tə­lə­ba­tı ödə­yən is­teh­sal struk­tur­la­rı ya­ra­dı­lır­sa, ağır və xü­su­si­lə ağır ci­na­yət­lə­rin kö­kü kə­si­lir­sə, bu, ar­xa­sın­da mi­sil­siz in­san əmə­yi­nin da­yan­dı­ğı uni­kal nai­liy­yət­lər­dir.

Nax­çı­va­nın son il­lər ən çox ar­tan ger­çək­lik­lə­rin­dən bi­ri də tu­rizm­lə bağ­lı­dır. Nax­çı­va­na ötə­nil­ki sə­fə­ri­miz­də də bu möv­zu­nu ak­tu­al sə­viy­yə­də gör­dük. An­caq bir ne­çə ay əv­vəl mə­sə­lə­yə möv­cud olan ba­xı­şın özü də də­yi­şib. Ay­lar ön­cə mux­ta­riy­yət­də əla­qə­dar rəs­mi­lə­ri, iş adam­la­rı­nı əsa­sən bu su­al dü­şün­dü­rür­dü: “Nax­çı­va­nın tu­rizm po­ten­sia­lı­nı dün­ya­ya ne­cə açaq”. Ar­tıq sua­lın xa­rak­te­ri də­yi­şib və bu də­yi­şik­lik sö­zü­ge­dən pro­ses­də­ki müs­bət di­na­mi­ka­nı şüb­hə­siz ifa­də edir. İn­di in­san­lar Nax­çı­va­nın tu­rizm po­ten­sia­lı­nın dün­ya­ya açıl­ma­sı sa­hə­sin­də gö­rül­müş ilk iş­lə­rin bəh­rə­lə­ri­ni mü­za­ki­rə edir. Mü­tə­rəq­qi di­na­mi­ka­nı nə­in­ki rəs­mi şəxs­lə­rin mü­la­hi­zə­lə­rin­də, hət­ta sı­ra­vi uc­qar ra­yon və kənd sa­kin­lə­ri­nin dav­ra­nış­la­rın­da da gör­mək müm­kün­dür. Sı­ra­vi adam­la­rın kənd tu­riz­mi, öz ev­lə­ri­nin bir gu­şə­si­ni əc­nə­bi tu­rist­lə­rin is­ti­fa­də­si­nə şəx­si qa­zanc məq­səd­lə­ri ilə ver­mə­si ba­rə­də da­nış­maq­la­rı hə­qi­qə­tən də qü­rur­ve­ri­ci tər­pə­niş­dir.

 


Nax­çı­van 90-cı il­lə­rin əv­vəl­lə­ri­nə xas mis­kin və ümid­siz gö­rün­tü­dən sü­rət­lə uzaq­la­şır: elə o za­man­lar­dan əsa­sı mər­hum pre­zi­dent Hey­dər Əli­yev tə­rə­fin­dən qo­yul­muş in­ki­şaf, sa­bit­lik, tə­rəq­qi, də­yiş­mə, ye­ni­lən­mə yo­lu ilə …Bu yol Nax­çı­va­nı So­vet döv­rün­dən mi­ras qal­mış mis­kin­lik və ka­sıb­çı­lıq gir­da­bın­da məhv et­mək is­tə­yən qa­ra qüv­və­lə­rin si­nə­si­nin üs­tün­dən ke­çən ta­ri­xi qə­lə­bə yo­lu­dur… Bu yo­lun məhz Hey­dər Əli­ye­vin adı ilə bağ­lı ol­du­ğu­nu, onun­la baş­la­dı­ğı­nı isə bu­ra­da heç kəs unut­mur. Cə­mi 420 eks­po­nat­la fəa­liy­yə­tə baş­la­mış Hey­dər Əli­yev Mu­ze­yin­də ha­zır­da 4200-dən çox ma­raq­lı eks­po­na­tın top­lan­ma­sı və üzə çı­xa­rıl­ma­sın­da ic­ti­ma­iy­yə­tin, alim və zi­ya­lı­la­rın fə­al iş­ti­ra­kı bu­na sü­but­dur. Tə­səv­vür edin ki, Hey­dər Əli­yev Mu­ze­yi həm də ən müa­sir təd­ris tex­no­lo­gi­ya­la­rı­na ma­lik təd­ris kor­pu­su­na çev­ri­lib. Mux­ta­riy­yə­tin mək­təb fən­lə­ri­nin bir sı­ra dərs­lə­ri nə­in­ki bə­zi hal­lar­da mu­zey­də ke­çi­ri­lir, həm də bu dərs­lər on­layn re­jim­də res­pub­li­ka­nın 200-dən ar­tıq or­ta mək­tə­bin­də şa­gird­lər tə­rə­fin­dən bir­ba­şa iz­lə­nir. “İn­ki­şaf da­ha ne­cə olar ki?” de­yi­mi bu gün mux­ta­riy­yə­tin tək təh­sil yox, bü­tün sa­hə­lə­ri­ni qat-qat aç­maq üçün ün­van­la­nan su­al­dır.

Nax­çı­va­nın 90-cı il­lə­rin əv­vəl­lə­ri­nə xa­rak­te­rik mis­kin mən­zə­rə­si­ni hə­lə də unut­ma­yan­lar üçün son gör­dük­lə­ri­miz­dən bir mü­qa­yi­sə fak­tı da de­yim. Mux­ta­riy­yə­tin elə o za­man da ən uc­qar nöq­tə­si Sə­də­rək qə­sə­bə­si idi. Hə­mi­şə düş­mən­lə üz-üzə idik. O za­man Ali Məc­li­sin səd­ri və­zi­fə­si­ni tu­tan Hey­dər Əli­yev Er­mə­nis­tan rəh­bər­li­yi ilə sər­həd­lər­də atəş­kəs ba­rə­də ra­zı­laş­ma da­nı­şıq­la­rı­nı çox yön­dəm­siz bir “bud­ka”da apar­mış­dı. Baş­qa al­ter­na­tiv də yox idi. Sə­fər za­ma­nı Sə­də­rək­də ən yük­sək sən­gər­də­ki Mil­li Or­du­mu­zun mən­tə­qə­lə­rin­dən Er­mə­nis­tan tə­rə­fə – Araz­də­yə­nə bax­dıq. Er­mə­nis­tan hə­lə də 90-cı il­lə­rin əv­vəl­lə­rin­də Nax­çı­va­na da aid olan o mis­kin və ka­sıb mən­zə­rə­də idi, də­yiş­mə­miş­di – yol­lar ça­la-çu­xur, ev­lər yön­dəm­siz, av­to­mo­bil­lər sı­nıq-sal­xaq, so­vet is­teh­sa­lı… Sə­də­rə­yin uc­qa­rın­da isə ən müa­sir gö­rün­tü­lü yol­lar, hər­bi və so­si­al in­fras­truk­tur ob­yekt­lər…, göz ox­şa­yan bir mən­zə­rə… Ey­ni abad və ye­ni­ləş­mək­də olan mən­zə­rə­ni mux­ta­riy­yə­tin baş­qa uc­qar­la­rın­da – Şah­buz­da, Or­du­bad­da da gör­dük…Er­mə­nis­tan­la sər­həd­də yer­lə­şən bu gu­şə­lə­rin göz ləz­zə­ti bi­zə, göz da­ğı er­mə­ni­lə­rə dü­şür…

 

Nax­çı­van­da olar­kən bu­ra­da say­sız ürə­ka­çan ha­di­sə­lər­lə qar­şı­laş­dıq. Sə­də­rək ra­yo­nu­nun Hey­də­ra­bad qə­sə­bə­sin­də olar­kən mə­lu­mat al­dıq ki, qə­sə­bə düş­mən­lə ha­va xət­ti ilə 500 metr mə­sa­fə­də yer­lə­şir. Onu da vur­ğu­la­yaq ki, Hey­də­ra­bad qə­sə­bə­si 1990-cı il­də əsl dö­yüş mey­da­nı­na çev­ri­lib və bu­nun nə­ti­cə­sin­də də 1992-ci il­də sa­kin­lər öz ev­lə­rin­dən kö­çü­rü­lüb. Son­ra­dan on­lar ev­lə­ri­nə qa­yıt­sa da, ya­şa­yış bi­na­la­rı bər­bad və­ziy­yət­də olub. Bu sə­bəb­dən də qə­sə­bə 2010-cu il­də tam ye­ni­dən qu­ru­lub. 84 ye­ni ya­şa­yış mən­zi­li ti­ki­lə­rək və ya ye­ni­dən bər­pa edi­lə­rək sa­kin­lə­rin is­ti­fa­də­si­nə ve­ri­lib. Qeyd edək ki, ha­zır­da qə­sə­bə­də 450 sa­kin ya­şa­yır. Söz­süz ki, düş­mən düş­mən­çi­li­yi­ni da­vam et­di­rir, ara-sı­ra atəş­kə­si po­zur, an­caq sa­kin­lər mərd­lik, cə­sa­rət gös­tə­rə­rək öz ev­lə­ri­ni tərk et­mir.
Biz Hey­də­ra­bad Ta­rix Di­yar­şü­nas­lıq Mu­ze­yi­nə də get­dik. Son il­lər ya­ra­dı­lan mu­zey­də Nax­çı­van ta­ri­xi­nə, yer­li mü­hi­tə aid çox­lu eks­po­nat­la ta­nış ol­duq. Bu­ra­da ta­ri­xin həm qə­dim, həm də çağ­daş nü­mu­nə­lə­ri sər­gi­lə­nir. Mu­ze­yin fon­du zən­gin­dir və mu­zey əmək­daş­la­rı­nın sə­yi­lə bu­ra da­im ye­ni eks­po­nat­lar, ma­te­ri­al­lar cəlb edi­lir.

Nax­çı­van­da təh­si­lin yük­sək sə­viy­yə­də in­ki­şaf et­di­yi­ni dan­maq müm­kün de­yil. Düş­mən­lə nə­fəs-nə­fə­sə da­ya­nan Sə­də­rək­də­ki 1 say­lı or­ta mək­təb­də olar­kən də bu­nun bir da­ha şa­hi­di ol­duq. 810 yer­lik mək­tə­bin 2014-cü ilin yan­var ayın­dan is­ti­fa­də­yə ve­ril­di­yi­ni və bu­ra­da 726 nə­fər şa­gir­din təh­sil al­dı­ğı­nı öy­rən­dik. Sə­də­rək 1 say­lı kənd mək­tə­bi­nin ke­çə­nil­ki 45 mə­zu­nun­dan 15 nə­fə­rin ali mək­tə­bə da­xil ol­ma­sı, əl­bət­tə ki, bir kənd mək­tə­bi­nin bö­yük uğu­ru sa­yıl­ma­lı­dır. Qə­bul im­ta­han­la­rı­nın bi­rin­ci mər­hə­lə­sin­də isə 2 şa­gird 500-dən çox bal top­la­yıb.
Gü­nü-gün­dən abad­la­şan Or­du­bad ra­yo­nu­nun zən­gin ta­ri­xə ma­lik ol­du­ğu sirr de­yil. Ra­yon­da olar­kən Or­du­bad şə­hə­rin­də Qey­sə­riy­yə Ta­rix Di­yar­şü­nas­lıq mu­ze­yi­nə də baş çək­dik. Mu­ze­yin rəh­bə­ri, Nax­çı­van MR əmək­dar mə­də­niy­yət iş­çi­si Vi­la­yət Ba­ğı­rov bi­zə Or­du­bad abi­də­lə­ri və mu­zey­lə bağ­lı ət­raf­lı mə­lu­mat ver­di. Qey­sə­riy­yə abi­də­si­nin ta­ri­xin­dən da­nı­şan mu­zey rəh­bə­ri bil­dir­di ki, abi­də XVII əs­rə aid­dir. “Qey­sə­riy­yə” sö­zü­nün mə­na­sı­na gə­lin­cə, öy­rən­dik ki, bu, keç­miş za­man­lar­da şah­la­ra məx­sus daş-qaş, ləl-cə­va­hi­ra­tın sa­tı­şı məq­sə­di­lə ti­kil­miş ör­tü­lü Şərq ba­za­rı de­mək­dir. Be­lə ti­ki­li­lər dün­ya­da üç yer­də­dir. On­lar­dan bi­ri Sə­mər­qənd­də, di­gə­ri Təb­riz­də, üçün­cü­sü isə Or­du­bad­da yer­lə­şir. O da bəl­li­dir ki, Or­du­bad ta­ri­xən ti­ca­rət, mə­də­niy­yət, sə­nət­kar­lıq mə­kan­la­rın­dan olub. Dün­ya­nın hər bir ye­rin­dən bu­ra səy­yah­lar, ta­cir­lər gə­lib, bu fü­sun­kar mə­ka­nı gə­zib-do­la­şıb­lar. Mu­ze­yə çev­ri­lə­nə qə­dər Qey­sə­riy­yə bi­na­sı müx­tə­lif məq­səd­lər üçün is­ti­fa­də edi­lib. Bi­na “Zor­xa­na” ki­mi də fəa­liy­yət gös­tə­rib. Hə­min dövr­də İran­dan, Tür­ki­yə­dən, Hə­mə­dan­dan və baş­qa məm­lə­kət­lər­dən pəh­lə­van­lar bu­ra gə­lə­rək öz gü­cü­nü sı­na­yıb. Mə­lu­mat­la­ra gö­rə, kim qa­lib gə­lir­di­sə, ya­rı­şı iz­lə­mək üçün hüc­rə­lər­də otu­ran xan­lar­dan ənam alır­dı. XIX əs­rin son­la­rın­da Or­du­bad­da ya­ran­mış “Ən­cü­mə­ni-şüə­ra” ədə­bi məc­li­si­nin üzv­lə­ri də bu bi­na­ya top­la­şa­raq öz şe­ir­lə­ri­ni oxu­yar, ədə­bi mü­za­ki­rə­lər apa­rar­mış. XX əsr­də bu abi­də bir müd­dət ipək sa­rı­yan sex ki­mi fəa­liy­yət gös­tə­rir. 1978-ci il­də isə or­du­bad­lı me­mar Za­kir Ba­ba­yev tə­rə­fin­dən bər­pa edi­lir. Or­du­bad Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yi­nin bu bi­na­da fəa­liy­yət gös­tər­mə­si bi­na­nın şöh­rə­ti­ni da­ha da ar­tı­rıb. Onu da de­yək ki, bö­yük güm­bəz­dən və ona bi­ti­şik 16 ki­çik güm­bəz­dən iba­rət olan bu bi­na gö­zəl me­mar­lıq üs­lu­bun­da in­şa olu­nub. Cə­mi 150 eks­po­nat­la fəa­liy­yə­tə baş­la­yan Mu­zey­də ha­zır­da 4000-dən ar­tıq eks­po­nat sax­la­nır.

 

Or­du­bad­da olar­kən gör­kəm­li kim­ya­çı alim, aka­de­mik Yu­sif Məm­mə­də­li­ye­vin və Mə­həm­məd­ta­ğı Sid­qi­nin mən­zil mu­zey­lə­rin­də də ol­duq. Hər iki bö­yük şəx­siy­yə­tin mən­zil mu­zey­lə­ri ilə ta­nış­lıq gö­zəl təə­sür­rat­lar­la yad­da qal­dı.
Nü­ma­yən­də he­yə­ti ilə Buz­xa­na me­mar­lıq abi­də­si­nə də ta­ma­şa et­dik­dən son­ra Or­du­bad tor­pa­ğın­dan ay­rı­la­raq Şah­bu­za üz tut­duq. Şah­buz ra­yo­nun­da yer­lə­şən Şah­buz Döv­lət Tə­bi­ət Qo­ru­ğun­da olar­kən bu­ra­da hey­van­lar, quş­lar alə­mi­nin gö­zəl­lik­lə­ri­nin, uni­kal­lı­ğı­nın şa­hi­di ol­duq.
Qo­ru­ğun el­mi iş­lər üz­rə di­rek­tor müa­vi­ni Mür­səl Se­yi­dov bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, 2003-cü il­də ya­ra­dı­lan qo­ruq fü­sun­kar Ba­ta­bat gö­lü ilə Bi­çə­nək aşı­rı­mı əra­zi­lə­rin­də yer­lə­şir. Onun söz­lə­ri­nə gö­rə, bu əra­zi­də 2899 bit­ki nö­vü ya­yı­lıb. Ge­niş müx­tə­lif­li­yə ma­lik bit­ki ör­tü­yü 285 növ fau­na­ya ma­lik­dir. Əra­zi­nin 85%-i pa­lıd, 5%-i ar­dıc, ağır iy­li ar­dıc, Araz pa­lı­dı, 7%-i ye­mi­şan, qa­lan 3%-i isə al­ma, al­ça, Şərq pa­lı­dı, vən, daş ar­mud, acı ba­dam və müx­tə­lif kol­lar təş­kil edir. Şah­buz Döv­lət Tə­bi­ət Qo­ru­ğu­nun əra­zi­sin­də Av­ro­pa Tü­vü­yü, kək­lik, oxu­yan sil­vi, adi kək­lik, sa­rı­köy­nək, bül­bül, en­li­quy­ruq bül­bül, me­şə xo­ru­zu, hop-hop ki­mi uni­kal quş növ­lə­ri var. Mux­tar Res­pub­li­ka əra­zi­sin­də məs­kun­laş­mış quş növ­lə­rin­dən bir ço­xu “Qır­mı­zı Ki­tab”a da­xil edi­lib. Bu­ra­da 12 növ yır­tı­cı hey­van nö­vü ya­şa­yır ki, bu hey­van­lar­dan Qaf­qaz qo­nur ayı­sı, ca­na­var, tül­kü, çöl pi­şi­yi, me­şə si­ça­nı, por­suq, çöl do­nu­zu, va­şaq və bir çox hey­van­la­ra qo­ru­ğun da əra­zi­sin­də rast gə­li­nir. Hət­ta bu ya­xın­lar­da bu­ra­da cü­yü­rün də ol­du­ğu bil­di­ri­lib.

Sə­fər çər­çi­və­sin­də Ba­ta­bat Döv­lət Tə­bi­ət Qo­ru­ğun­da ol­ma­ğı­mız da bi­zə tək­rar­sız hiss­lər ya­şat­dı. Əs­ra­rən­giz tə­biə­ti ilə bi­zi mat qo­yan Ba­ta­bat yay­la­ğı­nın gö­zəl­li­yi, tə­miz ha­va­sı, qey­ri-adi­li­yi ilə ya­na­şı əra­zi­də­ki “Üzən ada” biz həm tə­əc­cüb­lən­dir­di, həm də se­vin­dir­di ki, Şah­buz tə­biə­ti­nin dün­ya­da ana­lo­qu ol­ma­yan be­lə bir ada­sı var. Ba­ta­bat yay­la­ğı özü­nə­məx­sus land­şaf­tı, bit­ki ör­tü­yü ilə se­çi­lir. Bu əra­zi­lər­də bi­tən bit­gi növ­lə­ri­nə hey­rət­lə, hey­ran­lıq­la bax­ma­maq ol­mur.
Sə­fər çər­çi­və­sin­də “Ağ­bu­laq” İs­ti­ra­hət Mər­kə­zin­də ya­ra­dı­lan şə­ra­it­lə ya­xın­dan ta­nış­lıq im­ka­nı əl­də et­dik. Öy­rən­dik ki, İs­ti­ra­hət Mər­kə­zi 2013-cü il­də is­ti­fa­də­yə ve­ri­lib, 38 otaq­dan iba­rət meh­man­xa­na­da bu­ra­ya üz tu­tan qo­naq­la­rın ra­hat­lı­ğı üçün hər cür şə­ra­it ya­ra­dı­lıb. Bu­ra­da qo­naq­la­ra tək­lif edi­lən qi­da­lar sırf kənd məh­sul­la­rı­dır, iş­çi­lər isə yer­li əha­li­dən iba­rət­dir. Se­vin­di­ri­ci hal­dır ki, möv­süm­lə əla­qə­dar ola­raq bu­ra eko­tur­lar təş­kil edi­lir. Ümu­miy­yət­lə, bu əra­zi­lə­rə tu­rist axı­nı yük­sək­dir və ma­raq­lı­dır ki, on­lar qar ör­tü­yü olan dağ­lıq əra­zi­lə­rə da­ha çox ma­raq gös­tə­rir.
Mux­tar Res­pub­li­ka­da üç gün­lük sə­fər müd­də­tin­də bu qə­dim di­ya­rın həm ic­ti­mai-so­si­al hə­ya­tı, həm mə­də­niy­yə­ti, həm elm və təh­si­li, həm də iq­ti­sa­diy­ya­tı və tu­rizm in­frast­rku­tu­ru ilə ət­raf­lı ta­nış ol­maq im­ka­nı əl­də et­dik.

Nax­çı­van­da olar­kən yer­li me­dia­nın da və­ziy­yə­ti­lə ma­raq­lan­dıq və me­dia sek­to­ru da in­ki­şaf­da ol­ma­sı bi­zi tə­əc­cüb­lən­dir­mə­di. Be­lə ki, bu­ra­da döv­lət tə­rə­fin­dən KİV-in in­ki­şa­fı­na güc­lü dəs­tək ve­ril­di­yi­nin şa­hi­di ol­duq. Öy­rən­dik ki, azad mət­bua­tın in­ki­şa­fı, söz azad­lı­ğı­nın tə­min olun­ma­sı və in­for­ma­si­ya­nın ope­ra­tiv çat­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də nai­liy­yət­lər əl­də olu­nub. Mux­tar Res­pub­li­ka­da te­le­vi­zi­ya və qə­zet­lə­rin re­dak­si­ya­la­rı ən müa­sir ava­dan­lıq­lar­la təc­hiz edi­lib. Ha­zır­da bu­ra­da “Şərq qa­pı­sı” ilə ya­na­şı, 8 şə­hər və ra­yon qə­ze­ti, 4 jur­nal, uni­ver­si­tet te­le­vi­zi­ya­sı və ra­dio­su da­xil ol­maq­la 3 te­le­vi­zi­ya, 3 ra­dio və 6 nəş­riy­yat fəa­liy­yət gös­tə­rir. “Uni­ver­si­tet” te­le­vi­zi­ya­sı həf­tə­nin üç gü­nü ka­bel şə­bə­kə­si va­si­tə­si­lə uni­ver­si­tet şə­hər­ci­yin­də və açıq for­ma­da Nax­çı­van şə­hə­rin­də ya­yım­la­nır. Bun­dan baş­qa, öl­kə­miz­də və dün­ya­da çap olu­nan 100-dən ar­tıq qə­zet və jur­nal abu­nə yo­lu və mət­bu­at ya­yı­mı va­si­tə­si­lə mux­tar res­pub­li­ka əha­li­si­nə çat­dı­rı­lır. Nax­çı­van Döv­lət Te­le­vi­zi­ya­sı və Ra­dio­su­nun in­ter­net üzə­rin­dən bü­tün dün­ya­ya ya­yıl­ma­sı, mux­tar res­pub­li­ka­da öl­kə te­le­vi­zi­ya­la­rı­nın və in­for­ma­si­ya agent­lik­lə­ri­nin müx­bir post­la­rı­nın fəa­liy­yət gös­tər­mə­si isə Nax­çı­va­nın in­for­ma­si­ya blo­ka­da­sı­nın ya­rıl­ma­sın­da əhə­miy­yət­li rol oy­na­yıb.

Mux­tar Res­pub­li­ka­nın so­si­al-iq­ti­sa­di hə­ya­tın­da baş ve­rən ye­ni­lik­lər də diq­qə­ti­miz­dən qaç­ma­dı. Bu gün Nax­çı­van­da bü­tün ye­ni tex­no­lo­gi­ya­la­rın mü­va­fiq sa­hə­lə­rə tət­biq olun­ma­sı bö­yük uğur­dur. Qeyd edək ki, 4-cü nə­sil mo­bil ra­bi­tə şə­bə­kə­si­nin, və­tən­daş­la­rın mü­ra­ci­ət­lə­ri üz­rə Elek­tron Qey­diy­yat və İda­rə­lə­ra­ra­sı Elek­tron Sə­nəd döv­riy­yə Sis­tem­lə­ri­nin is­ti­fa­də­yə ve­ril­mə­si, ya­şa­yış mən­tə­qə­lə­ri­nə fi­ber-op­tik ka­bel xət­lə­ri­nin çə­kil­mə­si, sü­rət­li in­ter­ne­tə çı­xış im­kan­la­rı­nın ya­ra­dıl­ma­sı in­for­ma­si­ya­la­rın da­ha çe­vik for­ma­da əl­də olun­ma­sı­na, ötü­rül­mə­si­nə və ya­yıl­ma­sı­na im­kan ve­rir. Bu gün mux­tar res­pub­li­ka­nın ya­şa­yış əra­zi­lə­ri­nin 98 fai­zin­də ge­niş­zo­laq­lı, 99 fai­zin­də isə sim­siz in­ter­net fəa­liy­yət gös­tə­rir. Mux­tar res­pub­li­ka­nın ya­şa­yış mən­tə­qə­lə­rin­də so­si­al pa­ket­də olan 12 te­le­vi­zi­ya ka­na­lı­nın rə­qəm­səl ya­yı­mı tə­min edi­lib və qu­raş­dı­rı­lan Ye­ni Nə­sil Te­le­kom­mu­ni­ka­si­ya Sis­te­mi üzə­rin­dən te­le­zi­ya ka­nal­la­rı­nı iz­lə­mək, di­gər im­kan­lar­dan ya­rar­lan­maq müm­kün­dür. Mux­tar Res­pub­li­ka­da rə­qəm­sal te­le­vi­zi­ya ve­ri­ci­lə­ri qu­raş­dı­rı­lıb ki, bu va­si­tə ilə 67 te­le­vi­zi­ya proq­ra­mı­nın ya­yı­mı, Nax­çı­van Döv­lət Te­le­vi­zi­ya­sı­nın isə öl­kə­də ilk də­fə ola­raq yük­sək key­fiy­yət­li HD for­mat­da ya­yım­lan­ma­sı tə­min edi­lib. Bu­ra­da jur­na­list kadr­la­rı­nın ha­zır­lan­ma­sı­na da xü­su­si əhə­miy­yət ve­ri­lir. Be­lə ki, Ali Məc­li­sin səd­ri­nin tə­şəb­bü­sü ilə 50 il­lik zən­gin kadr ha­zır­lı­ğı təc­rü­bə­si­nə ma­lik Nax­çı­van Döv­lət Uni­ver­si­te­tin­də 2001-ci il­dən jur­na­lis­ti­ka ix­ti­sa­sı­nın təd­ri­si hə­ya­ta ke­çi­ri­lir. 2002-ci il­dən isə Jur­na­lis­ti­ka və dün­ya ədə­biy­ya­tı ka­fed­ra­sı ya­ra­dı­lıb. Bu sa­hə­də uğur­lar bu­nun­la da bit­mir. Uni­ver­si­tet­də 2005-ci il­dən eti­ba­rən Mət­bu­at ta­ri­xi, elə­cə də Ra­dio­te­le­jur­na­lis­ti­ka ix­ti­sas­la­rı üz­rə ma­gistr ha­zır­lı­ğı­na baş­la­nıb. Mə­lu­mat­la­ra gö­rə, ötən dövr­də Uni­ver­si­te­ti Jur­na­lis­ti­ka ix­ti­sa­sı üz­rə 200-ə ya­xın tə­lə­bə bi­ti­rib. Mə­zun­lar öl­kə­miz­də, elə­cə də Nax­çı­van­da fəa­liy­yət gös­tə­rən KİV-lər­də ça­lı­şır­lar. 2011-ci il­dən isə Uni­ver­si­tet­də Me­dia Mər­kə­zi fəa­liy­yə­tə baş­la­yıb. Təh­sil oca­ğın­da həm də “Qey­rət” mət­bəə­si ya­ra­dı­lıb ki, bu­ra­da “Ye­ni fi­kir” qə­ze­ti və “El­mi əsər­lər” jur­na­lı çap olu­nur. 2006-cı il­dən təd­ris yö­nüm­lü “Uni­ver­si­tet” te­le­vi­zi­ya­sı fəa­liy­yət gös­tə­rir. “Nax­çı­van Döv­lət Uni­vers­te­tin­də elek­tron təh­sil şə­bə­kə­si və rə­qəm­sal mul­ti­me­dia” in­frast­rktu­ru uğur­la ta­mam­la­nıb. Bu la­yi­hə­nin də ikin­ci mü­hüm tər­kib his­sə­si məhz rə­qəm­sal mul­ti­me­dia in­fras­truk­tu­ru ilə bağ­lı­dır. La­yi­hə çər­çi­və­sin­də “Uni­ver­si­tet” te­le­vi­zi­ya­sın­da ya­ra­dı­lan ye­ni in­fras­truk­tur vi­deo-dərs­lə­rin ha­zır­lan­ma­sın­da və dis­tant təd­ri­sin tət­bi­qin­də ge­niş im­kan­lar açıb. Bu məq­səd­lə te­le­vi­zi­ya müx­tə­lif texn­lo­gi­ya­lar­la təc­hiz olu­nub, bu­ra­da vir­tu­al stu­di­ya qu­raş­dı­rı­lıb. 2011-ci il­dən efi­rə çı­xan “Nuh­çı­xan” ra­dio­sun­da uni­ver­si­te­tin gün­də­lik hə­ya­tı­nı işıq­lan­dı­ran in­for­ma­si­ya proq­ram­la­rı­nın, və­tən­pər­vər­lik möv­zu­sun­da ve­ri­liş­lə­rin, ma­raq­lı mü­sa­hi­bə­lə­rin ha­zır­lan­ma­sın­da tə­lə­bə­lər bö­yük əmək sərf edir.

Mux­tar Res­pub­li­ka­nın tu­rizm po­ten­sia­lı haq­qın­da ay­rı­ca da­nış­maq ye­ri­nə dü­şər­di. Bu gün tu­rist­lər bu qə­dim di­ya­ra bö­yük ma­raq gös­tə­rir və əs­ra­rən­giz Nax­çı­van tə­biə­ti­ni bö­yük zövq­lə iz­lə­yir­lər. So­vet İt­ti­fa­qı döv­rün­də Nax­çı­van sər­həd­ya­nı əra­zi ola­raq öz qa­pı­la­rı­nı tu­rist­lə­rin üzü­nə aç­maq im­kan­la­rın­dan məh­rum olub. La­kin öl­kə­miz müs­tə­qil­lik əl­də et­dik­dən son­ra Nax­çı­van bü­tün gö­zəl­li­yi­lə dün­ya tu­rist­lə­ri­nin qar­şı­sın­da öyün­mək im­ka­nı qa­za­nıb. Bu im­kan­lar sı­ra­sı­na mux­tar res­pub­li­ka­da tu­rist­lə­rə xid­mət gös­tə­rən sər­həd-ke­çid mən­tə­qə­lə­ri­ni, ən müa­sir təy­ya­rə qə­bul edən bey­nəl­xalq ha­va li­ma­nı­nı, əl­ve­riş­li yol nəq­liy­yat in­fras­truk­tu­ru­nu, müa­sir tə­ləb­lə­rə ca­vab ve­rən, kom­fort­lu meh­man­xa­na­la­rı, zən­gin mil­li mət­bəx, ye­mək­xa­na və res­to­ran­la­rın fəa­liy­yə­ti­ni əla­və et­sək, Nax­çı­van tu­riz­mi­nin in­ki­şaf po­ten­sia­lı­nı əla­və şər­hə eh­ti­yac qal­mır. Qə­dim və zən­gin ta­ri­xi-mə­də­ni ir­sə, me­mar­lıq abi­də­lə­ri­nə, gəz­mə­li yer­lə­rə ma­lik olan Mux­tar Res­pub­li­ka­ya gə­lən turs­tlə­rə bö­yük diq­qət gös­tə­ril­mək­lə ya­na­şı, həm də on­la­rın ra­hat gə­zib do­laş­maq­la­rı üçün tam təh­lü­kə­siz şə­ra­it möv­cud­dur. Bu da son il­lər Nax­çı­va­na gə­lən tu­rist­lə­rin sa­yı­nın art­ma­sı­na sə­bəb olub. Ha­zır­da 400 min­dən ar­tıq tu­ris­tin sə­ya­hət et­di­yi Nax­çı­van ey­ni za­man­da döv­lət baş­çı­la­rı­nın iş­gü­zar gö­rüş­lər ke­çir­di­yi, ta­nış­lıq-maa­rif­lən­dir­mə, müa­li­cə-rek­rea­si­ya, id­man-sağ­lam­lıq və di­ni zi­ya­rət məq­sə­di­lə sə­ya­hət edən tu­rist­lə­rin ən çox üz tut­du­ğu mə­ka­na çev­ri­lib. Bu­ra­da ar­tıq for­ma­laş­mış tu­rizm po­ten­sia­lın­dan bəh­rə gö­tür­mək üçün tə­ləb olu­nan çox cid­di təş­ki­lat-kadr mə­sə­lə­lə­ri ilə ya­na­şı, sə­mə­rə­li təb­li­ğat me­xa­niz­mi də möv­cud­dur.
Son za­man­lar Nax­çı­van Duz­da­ğı­na müa­li­cə üçün gə­lən­lər də az de­yil. Bu gün Nax­çı­van tək­cə bu ki­mi gös­tə­ri­ci­lə­ri ilə diq­qə­ti cəlb et­mir. Mə­lum­dur ki, 2018-ci il­də Nax­çı­van İs­lam Mə­də­niy­yə­ti­nin pay­tax­tı mis­si­ya­sı­nı ye­ri­nə ye­ti­rə­cək. Əl­bət­tə, Nax­çı­va­nın dün­ya ilə pay­la­şa bi­lə­cə­yi çox də­yər­lə­ri var və ümid edi­rik ki, o bu mis­si­ya­nı, hə­mi­şə ol­du­ğu ki­mi, lə­ya­qət­lə ye­ri­nə ye­ti­rə­cək. Söz­süz ki, 2018-ci il­də Nax­çı­van İs­lam Mə­də­niy­yə­ti­nin pay­tax­tı mis­si­ya­sı­nı ye­ri­nə ye­tir­di­yi za­man mux­tar res­pub­li­ka­ya sə­fər edən qo­naq­lar Nax­çı­van­da to­le­rant­lı­ğın yük­sək sə­viy­yə­si­nin də əya­ni şa­hi­di ola­caq­lar.

Gö­rə­cək­lər ki, tu­rist­lə­rin ma­ra­ğı­na sə­bəb olan və gə­lə­cək tu­rist­lə­ri də öz seh­ri­nə sa­la­caq Nax­çı­van abi­də­lə­ri yük­sək sə­viy­yə­də mü­ha­fi­zə olu­nur, on­la­rın dün­ya mə­də­ni ir­si­nə qa­zan­dı­rıl­ma­sı üçün müm­kün olan hər bir təd­bir gö­rü­lür. Nax­çı­van şə­hə­ri­nin ta­ri­xi­ni və qə­dim mə­də­niy­yə­ti­ni özün­də eh­ti­va edən Nax­çı­van­qa­la­nın, Nuh Pey­ğəm­bə­rin mə­za­rüs­tü tür­bə­si­nin, xal­qı­mı­zın qü­rur sim­vo­lu Əlin­cə­qa­la­nın bər­pa olun­ma­sı, Gü­lüs­tan tür­bə­si­nə ye­ni­dən nə­fəs ve­ril­mə­si, qə­dim ta­ri­xə və mü­hüm əhə­miy­yə­tə ma­lik “Qa­ra­bağ­lar Tür­bə Komp­lek­si”nin bər­pa iş­lə­ri­nə baş­lan­ma­sı bu sa­hə­də də Nax­çı­va­nın ön­cül ol­du­ğu­nun gös­tə­ri­ci­lə­rin­dən­dir. Ey­ni za­man­da Mü­qəd­dəs Əs­ha­bi-Kəhf zi­ya­rət­ga­hı­na gə­lən zəv­var­la­rın da ra­hat­lı­ğı üçün hər cür şə­ra­it ya­ra­dı­lıb. Bun­dan baş­qa, Nax­çı­van­da ya­şıl­lıq­la­rın qo­run­ma­sı və əra­zi­si­nin da­ha da ar­tı­rıl­ma­sı is­ti­qa­mə­tin­də iş­lər gö­rü­lür. Nax­çı­va­nın bü­tün kənd ya­şa­yış mən­tə­qə­lə­ri­nə apa­ran yol­la­rın müa­sir stan­dart­la­ra uy­ğun ye­ni­dən in­şa olun­ma­sı və kənd­lər­də apa­rıl­mış müa­sir­ləş­dir­mə mux­tar res­pub­li­ka­da kənd – ya­şıl tu­riz­min in­ki­şa­fı­na da ge­niş yol açıb. Bir vaxt­lar hət­ta yer­li sa­kin­lə­rin çə­tin­lik­lə keç­di­yi kənd yol­la­rı ilə ha­zır­da on min­lər­lə tu­rist öz lüks av­to­mo­bil­lə­ri ilə Nax­çı­va­nın dağ kənd­lə­ri­nə ge­də bi­lir.

Ötən il­dən baş­la­ya­raq Nax­çı­van­da ke­çi­ri­lən “Ya­ra­dı­cı əl­lər”, öl­kə­miz­də və dün­ya­da ilk olan “Göy­cə”, “Çö­rək”, “Bal və arı­çı­lıq məh­sul­la­rı” və “Kə­tə” fes­ti­val­la­rı, on gün da­vam edən özü­nə­məx­sus Nov­ruz şən­lik­lə­ri Nax­çı­va­nın tu­rizm eti­ke­ti­nə çev­ri­lib və bö­yük əks-sə­da do­ğu­rub. Nax­çı­van şə­hə­ri üz­rə eks­kur­si­ya mar­şru­tu, mux­tar res­pub­li­ka­nın pay­tax­tın­dan Duz­dağ şax­ta­la­rı, Əlin­cə qa­la­sı, Ba­ta­bat, Əs­ha­bi-Kəhf, Or­du­bad, Gə­mi­qa­ya və Qa­ra­bağ­lar is­ti­qa­mə­ti­nə təş­kil olu­nan tur­lar tu­rist­lər tə­rə­fin­dən ma­raq­la qar­şı­la­nır.

Ay­dın QU­Lİ­YEV,
“Ba­kı-Xə­bər” qə­ze­ti­nin baş re­dak­to­ru,
Mət­bu­at Şu­ra­sı İda­rə He­yə­ti­nin üz­vü

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın