Ana səhifə / Aktual / Yenidən məhkəməyə verilən Canana: “Bu Mətanət İsgəndərli məndən nə istəyir?”

Yenidən məhkəməyə verilən Canana: “Bu Mətanət İsgəndərli məndən nə istəyir?”

Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canananı yenidən məhkəməyə verib.

Moderator.az xəbər verir ki, bu ilin əvvəlində sənətçinin oğlu Kərimlə Canana arasında baş tutan məhkəmədə hakim Canananın lehinə qərar qəbul edərək uşaqların qəyyumluğunu ona həvalə edib. Canana övladlarına qovuşmaq üçün 2 ay gözləməli olub. Bu müddət bitdikdən sonra isə onu bu dəfə Ali məhkəməyə veriblər.

Bu haqda BAKU.WS-ə danışan Canana övladlarına yenə də qovuşa bilmədiyini, buna görə də kədərləndiyini deyib. O, keçmiş əri Kərimin evlənib ayrı yaşadığını iddia edib. Canana övladlarının tez zamanda ona qaytarılmasını istəyib:

“Hazırda çox üzgünəm. Mən məhkəməni udanda bilmirdim ki, onlar sonradan məni Ali məhkəməyə şikayət edəcəklər. Çünki həyatımda ilk dəfədir ki, məhkəmə məsələsi ilə qarşılaşıram. O qədər sevinmişdim ki, övladlarım mənə veriləcək deyə… Elə bildim gedib uşaqlarımı götürə biləcəm. Amma elə deyilmiş. Vəkil dedi, iki aya qətnamə təsdiqlənməlidir. Onlar da uzatdılar, ən axırıncı günə saxladılar. Bu onların taktikası idi. Mən övladlarıma həsrət qalmışam. Səbrlə gözləyirdim ki, onları alacam.

Heç kim mənim dərdimi bilmir. Qucağımda yatan balamdan ayrı qalmışam. Uşağım stress keçirir. 12 yaşlı oğlum Tuncay özünə qapanıb. Anada hissiyyat olur. Hiss etdim ki, nəsə olub. Getdim gördüm ki, iki gündür ayaq barmağı çıxıb. Məndən gizlin sınıqçı çağırıb saldırıblar. Yenə də səbrlə gözləyirdim. İndi də mənə xəbər gəlib ki, iş Ali məhkəməyə verilib. Gərək 3 ay da belə gözləyim.

İş deyirsiniz məndə, biznes deyirsiniz məndə… Hər şeyə əl at atıram ki, balalarımı qaytarım. Başqa neyləməliyəm ki? Bu Mətanət İsgəndərli məndən nə istəyir? Oğlu evlənib, arvadı ilə ayrı qalır. Mən övladlarımı istəyirəm, başqa heç nə!”

Qeyd edək ki, Canana əri Kərimdən ötən il boşanıb. Cütlüyün üç uşağı atada qalıb. Daha sonra Canana apellyasiya məhkəməsinə müraciət edib. Hakimin qərarı ilə övladları ananın qəyyumluğuna verilib.

Həmçinin oxuyun

Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” aşkarlanıb – O, həm də nazir müavinin oğludur…

Hesablama Palatası FHN-də yoxlama aparıb. Kəmaləddin Heydərovun müavini Teymur Mehdiyevin oğlu, polkovnik-leytnant Elvin Mehdiyevin yüksək …