Ana səhifə / Aktual / “YENİ YASAMAL“ TİBB MƏRKƏZİ İLƏ ELŞAD ABDULLAYEVİ HANSI TELLƏR BİRLƏŞDİRİR?

“YENİ YASAMAL“ TİBB MƏRKƏZİ İLƏ ELŞAD ABDULLAYEVİ HANSI TELLƏR BİRLƏŞDİRİR?

Bu səhiyyə müəssisəsində hər şey var, bircə keyfiyyətli xidmətdən başqa ölkə səhiyyəsinin vəziyyəti günü-gündən pisləşir

Ölkədə dövlət və özəl klinikaların sayının artmasına baxmayaraq, keyfiyyətli tibbdən söz belə gedə bilməz.

Xüsusən də qeyri-peşəkar həkimlərin öz xəstələrinin həyatını riskə atması adi hala çevrilib. Həkim məsuliyyətsizliyi ucbatından hər gün saysız-hesabsız insan dünyasını dəyişir. Düzdür, dövlət xəstəxanalarında da vəziyyət ürəkaçan deyil. Orada da durum biabırçılıq həddini çoxdan keçib. Amma insanlar daha fərqli ola bilər ümidi ilə üz tutduqları özəl klinikalarda da tutarlı bir nəticə görməyib, xaricə üz tutmalı olurlar.

Özəl klinikalardan biri də paytaxtın Y.Yasamal, Ş.M.Xiyabani 15 c ünvanında yerləşən “Yeni Yasamal” tibb mərkəzidir. Bizə verilən məlumata görə, burada tibbi xidmət keyfiyyətsizdir. İlk olaraq qeyd edək ki, sözügedən tibb ocağında ümumi cərrahiyyə, qulaq-burun-boğaz, plastik cərrahiyyə, urologiya, kardiologiya, tibbi laboratoriya, ortopediya, travmatologiya, rentgenologiya, allerqologiya, dermatologiya, hematologiya, tibbi onkologiya, pulmonologiya və terapiya, ginekologiya, mamaçılıq, ultrasonoqrafiya, reanimasiya və intensiv terapiya, eyni zamanda təcili tibbi yardım və evdə tibbi xidmət, neonatologiya, uşaq xəstəlikləri və uşaq cərrahiyyəsi şöbələrinin fəaliyyət göstərdiyi deyilir. Əldə etdiyimiz məlumatlara görə, sözügedən xəstəxananın baş həkiminin klinikaya nəzarəti olduqcu zəifdir.

Ona görə də nəzarətsizlikdən istifadə edən tibbi personal özbaşınalığa yol verir. Baş həkim Nüşabə xanımın məsuliyyətsizliyi orada çalışan həkimlərin də məsuliyyətsizliyinə gətirib çıxarıb. Etibarlı mənbələrin verdiyi məlumata əsasən səhv diaqnozlar qoyulur. Qoyulan diaqnozlar yalan çıxdığına görə xəstələr xaricə üz tutmağa məcbur olurlar. Bu da vətəndaşların ölkə tibbinə inamsızlığından irəli gəlir. Təəssüf ki, gündən-günə çoxalan özəl klinikaların ölkə vətəndaşlarına heç bir xeyri yoxdur. Çünki həmin xəstəxanada çalışan həkimlər də dövlət xəstəxanalarının həkimləri olur. Sadəcə olaraq bu vətəndaşların cibinə girmək deməkdir. Eləcə də “Yeni Yasamal” tibb mərkəzi də bu qəbildən olan özəl xəstəxanalardan biridir.

Təəssüf ki, özəl klinikalar vətəndaşları düşünmür. Dövlət xəstəxanalarında xəstələri istədikləri kimi soya bilmədiklərindən, özəl klinikalara üz tuturlar. Lakin bu ədalətsizlikdir, həkim adına yaraşmayan hərəkətlərdir. Əldə etdiyimiz məlumatlara görə, sözügedən klinikada şərait yaxşı deyil. Lazımi tibbi avadanlıqlar məhdud saydadır. Ona görə də xəstələr saatlarla gözləməli olurlar.

Təəssüf ki, xəstələr belə tibb ocaqlarına inanırlar və onların toruna düşürlər. Etibarlı mənbələrin verdiyi məlumatlara görə, sözügedən səhiyyə ocağına bölgələrdən gələnlərin sayı daha çoxdur. Təəssüf ki, bölgələrdən gələn xəstələr buradan şəfa tapmadan ayrılırlar. Tibb mərkəzində hər şey var, bircə keyfiyyətli xidmətdən başqa. Bundan başqa klinikanın lisenziyasız fəaliyyət göstərdiyi deyilir.

Klinika lisenziyasız fəaliyyət göstərirsə, təbii ki, orada çalışan işçilərlə də əmək müqaviləsinin bağlanılması mümkünsüzdür. Elə bu səbəbdəndir ki, orada çalışanların taleyinin necə olacağı göz önündədir. Hətta bizə verilən məlumata görə, hələ tikilib qurtarmamış ikimərtəbəli binanın alayarımçıq otaqlarında fəaliyyət göstərir. Birinci mərtəbənin küçəyə olan hissəsində, avtomobil avadanlıqları satılan mağaza, qəssabxana fəaliyyət göstərir. Qeyd edək ki, “Yeni Yasamal” tibb mərkəzinin rəhbərliyilə fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev arasında sıcaq münasibətlər mövcuddur.

Mənbənin sözlərindən belə məlum olur ki, adıçəkilən tibb müəssisəsinin formalaşdırılmasında Elşad Abdullayevin böyük əməyi olub. Belə ki, ABU rektorunun “Yeni Yasamal” tibb mərkəzini açmaq, onun fəaliyyət dairəsini genişləndirmək üçün həm maddi, həm də mənəvi dəstəyi olub. Bu haqda gələn sayımızda şok faktları dərc edəcəyik. Qarşı tərəfi də dinləyə bilərik.(gundəlik bakı)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın