Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / “Yeni Üfüq” islam həmrəyliyi ilə bağlı Salyanda tədbir keçirdi

“Yeni Üfüq” islam həmrəyliyi ilə bağlı Salyanda tədbir keçirdi

\”Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca \”İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı silsilə tədbirlərini uğurla davam etdirir. Birlikdən verilən məlumata görə, \”Yeni Üfüq” layihə çərçivəsində növbəti tədbirini Salyan rayonu Mərkəzi Şəhər Kitabxanasında keçirib. 

Tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017–cı ili ölkəmizdə \”İslam Həmrəyliyi İli” elan etməsi tarixi milli və mənəvi ənənələrin birbaşa dövlət başçısı tərəfindən himayə olunmasının bir daha sübutudur: \”Vətənimizdə İslam həmrəyliyinin qorunması ölkədə sabitliyin və əmin-amanlığın davamlı zəmanətidir. Unutmamalıyıq ki, həmrəylik mədəniyyətlərin və sivilizasiyaların dialoqunun ən yüksək zirvəsidir”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli tədbirdə çıxış edərək Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin \”İslam Həmrəyliyi İli” elan edilməsini dünyaya Azərbaycanın növbəti sülh mesajı olduğunu deyib: \”Müsəlman ölkələrində məzhəblərarası münasibətlərin qızışdırıldığı bir vaxtda Azərbaycanda mövcud olan tarixi İslam həmrəylinin dövlətimiz tərəfindən mühafizə olunması hər birimizin əmin-amanlığının əbədi qarantiyasıdır. İşğal altında olan doğma torpaqlarımızın tezliklə azadlığı da dini və milli həmrəylimizin mühafizəsinin ən başlıca prinsiplərindən biridir”.
Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi Sevinc Səmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Salyan şöbəsinin müdiri Azər Sadıqov, YAP-ın Salyan təşkilatının aparat rəhbəri Mirzə Mirzəyev, \”Əlillər Cəmiyyəti”nin sədri Elman Hacıyev, \”Qələbə” qəzetinin redaktoru Rüstəm Məlikov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Azinforum.az

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT

Bir cavab yazın