Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Yeni “trend”ə daha bir icra başçısı qoşuldu: Qazini ziyarət etdi – Fotolar

Yeni “trend”ə daha bir icra başçısı qoşuldu: Qazini ziyarət etdi – Fotolar

Ağstafa rayon icra başçısının həbsindən sonra digər icra başçıları xalqa xidmət etmək üstündə sanki yarışa çıxıblar. Onlar son günlər çəkdirdikləri fotolar ilə gündəm olublar.

Bu günə kimi vətəndaşlarla foto çəkdirməyən icra başçıları artıq vətəndaşların qonağı olub onlarla xatirə şəkili çəkdirir.

Gündəmin növbəti fotoları Ağdam rayon icra başçısı Vaqif Həsənova məxsusdur. Vaqif Həsənov qazilərimizdən birinin qonağı olub. Və çəkdirdiyi fotonu Ağdam rayon icra hakimiyyətinin rəsmi “Facebook” səhifəsində yerləşdirib. Fotoya isə maraqlı bir başlıq verilib:

“Hər zaman sadə insanların içərisində olan Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov”.

Qeyd edək ki, buna qədər Şəmkir və Yasamal rayonu icra başçıları analoji addım atıblar. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov insanlarla görüşüb, şəhid anasının əlindən öpüb. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 100 yaşı tamam olan rayon sakini Bağırova Sonaxanım Məmmədbağır qızını yaşadığı evdə ziyarət edib. 

Yenisabah.az

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …