Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Yeni sədr təyin olunmayıb – Beynəlxalq Bankdan təkzib

Yeni sədr təyin olunmayıb – Beynəlxalq Bankdan təkzib

Azərbaycan Beynəlxalq Bankına (ABB) yeni sədr təyin olunmayıb.
Bu barədə AzVision.az-a bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev bildirib. O, qeyd edib ki, yeni sədrin seçilməsi ilə bağlı hələ ki, heç bir iclas keçirilməyib:
“Bankın mətbuat xidmətinin rəhbəri mənəm. Mən deyirəmsə banka sədr təyin olunmayıb, demək bu doğrudur. Yayılan məlumatlar doğru deyil. Bu saata qədər hələ heç bir iclas keçirilməyib. Azərbaycan Beynəlxalq Bankından kiminsə sədr təyin olması ilə bağlı mətbuata məlumat verilməyib. Təyinat olan zaman açıqlama veriləcək”.
Qeyd edək ki, Qafqazinfo.az saytının yaydığı məlumata görə, “PaşaBank”ın İdarə Heyətinin sədri Fərid Axundov Beynəlxalq Banka sədr gətirilib.
***
Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunub.
Bu barədə “Qafqazinfo”ya məlumat Beynəlxalq Bankdan daxil olub. Məlumata görə, “PaşaBank”ın İdarə Heyətinin sədri Fərid Axundov Beynəlxalq Banka sədr gətirilib.
Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may 1971-ci ildə anadan olub.
Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Sənayenin planlaşdırılması” fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin “Biznesin administrasiyası” fakultəsini bitirib.
03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, Baş icraçı direktorun müavini vəzifələrində çalışıb.
10.2003-06.2005-ci illərdə QSC “Bank Standard” KB-nın İdarə Heyətinin Sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.
07.2005-03.2007-ci illərdə “F.T.F” MMC-nin Direktoru vəzifəsində çalışıb.
30.06.2007-ci il tarixdən isə “PAŞA Bank” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində çalışır.
“Unibank”ın icraçı direktoru Cəlal Qasımov isə “PaşaBank”ın İdarə Heyətinin sədri təyin edilib. O həmçinin Təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.

 

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın