Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Yeni sədr kimdir?

Yeni sədr kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yeni təyinat alan Anar Quliyev gənc kadrlardandır. O, 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Milli Aviasiya Akademiyasını bitirib, mühəndis-iqtisadçıdır.

Əmək fəaliyyətinə həmin il Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlayıb, müxtəlif illərdə Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışıb.

2009-2016-cı illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri, 2016-2018-ci illərdə Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparatın rəhbəri vəzifələrində işləyib.

2018-ci ildən etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsində çalışıb. Prezidentin 16 may 2014-cü il tarxili Sərəncamı ilə Anar Quliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif edilib.

İlham Əliyevin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə Komitə sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …