Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Yeni qatar qadını öldürdü – Sumqayıtdan 3-cü qəza xəbəri

Yeni qatar qadını öldürdü – Sumqayıtdan 3-cü qəza xəbəri

Bu gün Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar qəza törədib. “Qafqazinfo” xəbər verir ki, hadisə şahidlərinin AzVision.az-a verdiyi məlumata görə, 07:10 radələrində Sumqayıt sərnişin stansiyasından çıxan qatar dəmiryolu xətti üzərində bir qadını vurub.

Hadisə dəmiryolu xəttinin Bakı dəmiryolu stansiyasına yaxın ərazidə baş verib.

Məlumata görə,qadın hadisə yerindəcə keçinib.

Qəza nəticəsində Bakı –Sumqayıt elektrik qatarının hərəkətində 20 dəqiqə gecikmə olub.

Qeyd edək ki, Bakı-Sumqayıt qatarı bir neçə gün öncə- sentyabrın 15-də istifadəyə verilmişdi.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın