Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Yeni nazirliyin işi necə qurulacaq? – Cabbarovdan açıqlama

Yeni nazirliyin işi necə qurulacaq? – Cabbarovdan açıqlama

AzTV-nin “Həftə” verilişində qonaq olan İqtisadiyyat naziri Mikayıl Cabbarov bir sıra qurumların ləğv edilərək rəhbərlik etdiyi nazirliyə birləşdirilməsindən danışıb.

Nazir bildirib ki, rəhbərlik etdiyi qurumun əsas hədəfi iqtisadiyyata bütöv bir baxışı əks etdirməkdir:

“Bunun üçün bir sıra alətlər mövcuddur. Onlardan biri vergi siyasətidir. Vergi siyasətini biz iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin amili kimi qiymətləndiririk. Sirr deyil ki, bu gün vergi yükünün mövcudluğundan, səviyyəsindən, vergi inzibatçılığının mədəniyyətindən asılı olaraq bir sıra yerli və xarici investorlar yeni biznesə başlayıb başlamamaq, hansı ölkədə başlamaq, hansı həcmdə sərmayəni həyata keçirmək kimi suallara cavab verir və müvafiq qərarlar qəbul edir. Bu mənada düşünürəm ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişlənməsindən ibarət olmalıdır. Bu öz növbəsində iqtisadi inkişafın, fəaliyyətin və vergitutma bazasının genişlənməsinə  gətirib çıxarır. 

Dövlət əmlakı, dövlət müəssisələri kimi mövzuya gəldikdə isə, burada dövlət mülkiyyətində olan bir çox müəssisələrin faəliyyəti ümumilikdə iqtisadi fəallığa təsir edir. Burada xüsusilə təbii inhisarları qeyd etmək olar. Bu tək Azərbaycanda deyil, hər bir iqtisadiyyatda var. İnfrasturktur təminatına xidmətləri təmin edən qurumların təkliflərinin dərəcələri ölkədə iqtisadi fəallığın səviyyəsinə təsir edə bilir. Bu mənada bizim müvafiq aidiyyatı dövlət qurumları ilə, dövlətin mülkiyyətində olan şirkətlərlə birgə işləyərək qarşımızda duran vəzifələri inanıram ki, uğurla şəkildə həll edə biləcəyik. Digər məsələ isə, dövlətin mülkiyyətində olan əmlakı daha səmərəli istifadə etməklə iqtisadi siyasətə qoyulan məqsədlərə xidmət etməkdir. Bu həm kiçik, həm orta biznesə olan təsiri, ölkəyə cəlb edilən xüsusilə xarici sərmayələrin hansı sektorlara cəlb edilməsinin alətlərindən istifadə etmək kimi imkanlar verir.

Digər sahələrdə olduğu kimi, biz heç də öz işimizi sıfırdan başlamırıq. Bütün sahələrdə son illər ərzində işlər həyata keçirilibdir. Bütün nailiyyətləri qoruyaraq hansı sahələrdə çatışmazlıqlar və təkmilləşmələrə ehtiyac varsa, bunu işləyərək həyata keçirəcəyik”.

qafqazinfo.az

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …