Çərşənbə , İyun 26 2019
Ana səhifə / Aktual / Yeni nəsil şəxsiyyət vəsiqəsinin çipindəki müəyyən məlumatların oxunması mümkündür

Yeni nəsil şəxsiyyət vəsiqəsinin çipindəki müəyyən məlumatların oxunması mümkündür

Məlum olduğu kimi, bu il sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılmışdır. Qanunvericiliyə əsasən həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatlar elektron daşıyıcıda (çipdə) yerləşdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar istehsalçı şirkət tərəfindən təqdim olunmuşdur. Həmin faylları Daxili İşlər Nazirliyinin (mia.gov.az) və Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş

(https://mia.gov.az/?/az/news/view/1237/) və

(http://www.bpqmi.gov.az/?/az/news/view/117/)

linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxumaq və zərurət olduqda eksport etmək mümkündür.

Həmçinin oxuyun

Sabah 40 dərəcə isti olacaq, yağış yağacaq – PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin …