Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Yeni icra başçısının 31 yaşı var

Yeni icra başçısının 31 yaşı var

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Qafqazinfo” gənc icra başçısının bu günə kimi olan fəaliyyətini araşdırıb.

Qeyd edək ki, M. Seyidov 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. O, 2006-cı ildə orta məktəbi, 2010-cu ildə isə Azərbaycan Universitetinin bakalavr pilləsini bitirib.

Təhsilini davam etdirən Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib.

O, ictimai fəaliyyətinə 2005-ci il iyun ayında  Gənclər Təşkilatları Milli Şurasında başlayıb.

2012-ci il iyul ayında  Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışıb. 2014-cü il 27 iyun tarixindən etibarən isə “İRƏLİ” İctimai Birliyinin sədri seçilib.

2017 -ci il 4 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

M. Seyidov 2019 – cu ilin 22 oktyabr tarixindən etibarən isə  Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura üzvü vəzifəsinə təyin olunub.

Qeyd edək ki, icra başçısı eyni zamanda, 2012-ci ilin fevral ayından başlayaraq Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubuna rəhbərlik edib.  2015-ci il 29 may tarixindən etibarən 6 il müddətinə İctimai Televiziyanın Yayım Şurasının üzvü seçilib.

M. Seyidov ailəlidir, 1 övladı var.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …