Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Yeni icra başçısı Ağdərədə güllə yarası alıb…

Yeni icra başçısı Ağdərədə güllə yarası alıb…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib. 

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə təyinat alan Quluyev Rafiq Çəpərxan oğlu bundan əvvəl Xətai İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsində çalışıb. 

O, 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb, müharibə veteranıdır. 

Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb, Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

Müxtəlif illərdə Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, müfəttiş-inspektor, həmin şöbənin müdiri vəzifələrində çalışıb. 2012-2013-cü illərdə Başçının müavini, 2013-cü il dekabrından isə başçının 1-ci müavini kimi işləyib. 

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, Xətai rayonunun keçmiş icra başçısı Razim Məmmədov 2018-ci ilin dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad edilmişdi. 11 ay idi ki, icra başçısı vəzifəsini müvəqqəti olaraq elə Rafiq Quluyev icra edirdi. 

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …