Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Yeni erməni nazirin ordu ilə bağlı açıqlaması gündəm oldu – Video

Yeni erməni nazirin ordu ilə bağlı açıqlaması gündəm oldu – Video

Ermənistanın yeni iqtisadiyyat naziri Vahan Kerobyan təyinatından öncə verdiyi açıqlama ilə gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, İkinci Qarabağ Müharibəsi zamanı münaqişə zonasına yollanan Kerobyan “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə Ermənistan ordusunun zəif olduğunu etiraf edib.

“Bizə vəziyyətlə bağlı çoxlu nağıl danışılıb. Biz fikirləşirdik ki, ordumuz çox güclü və çox böyükdür, ona görə hər şeyi edə bilərik. Ancaq reallığa gəldikdə isə, cəmiyyətdə heç kimin real vəziyyətdən xəbəri yox idi. İndi isə layiq olduğumuz nəticəni əldə etmişik”,- deyə Kerobyan müsahibəsində bildirib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …