Cümə , Aprel 19 2024
Ana səhifə / Yeni doğulan körpə aparatda unuduldu və yandı

Yeni doğulan körpə aparatda unuduldu və yandı

Türkiyənin Siirt əyalətində doğulandan sonra bədəni isinmədiyi üçün istilik cihazına qoyulan körpə orada unudulub. Bu səbəbdən körpə yanıb. Onun bədəninin 40 faizində yanıqlar  meydana gəlib.
Özəl xəstəxanada Mehmet və Nurgül Kilvan cütlüyünün dünyaya gələn körpəsi isidiciyə, yəni küveyz aparatına qoyulub. İddiaya görə, orada uzun müddət qalan körpənin yanması son anda xəstəxana personalı tərəfindən fərq edilib.
Bədənində ciddi yanıqlar olan körpə təcili yardımla  Batmandaki xüsusi bir xəstəxanaya köçürülüb. Xəstənin tənəffüsündə də problem yarandığı bildirilir. Uşağın atası isə məhkəməyə müraciət edəcəyini vurğulayıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın