Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Yeni baş nazir kimdir? – Tvitterin ən aktiv siyasətçisi…

Yeni baş nazir kimdir? – Tvitterin ən aktiv siyasətçisi…

Xəbər verdiyimiz kimi bu gün Milli Məclisdə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun baş nazir postuna namizədliyi müzakirəyə çıxarılacaq. “Qafqazinfo” yeni baş nazirin qısa bioqrafiyasını təqdim edir.

N.Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

12 aprel 1997-ci ildə prezident Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.
1 iyun 2017-ci il tarixindən isə prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiridir.

N.Məmmədov həmçinin, elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.

Qeyd edək ki, 71 yaşlı yeni baş nazir sosial şəbəkələrdə ölkənin siyasi həyatında baş verən proseslərə ən aktiv reaksiya verən yerli siyasətçidir.

Yeni baş nazirlə bağlı digər maraqlı fakt isə onun Vaqif Mustafayevin rejissorluq etdiyi “Fransız” filmində epizodik rol almasıdır. Siyasətçi həmin filmdə Fransa səfirliyinin əməkdaşı rolunu oynayıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …