Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Aktual / “Yeganə namizədimiz İlqar Məmmədovdur” – Açıqlama

“Yeganə namizədimiz İlqar Məmmədovdur” – Açıqlama

Xəbər verdiyimiz kimi, Ali Məhkəmə “Real” Partiyasının sədri İlqar Məmmədovun şikayətinə baxılıb. Məhkəmə şərti cəzanı və ölkədən çıxmaqla bağlı qadağanı Məmmədovun üzərindən götürsə də, cinayət işinə xitam verməyib.

Respublikaçı Alternativ Partiyasının Xarici Əlaqələr Katibi Erkin Qədirli bildirib ki, Ali Məhkəmənin İlqar Məmmədovun kassasiya şikayətini qismən təmin etməsi, cinayət işinə xitam verilməməsi həmin şəxsin 5 il müddətinə namizədliyini irəli sürə bilməməsi deməkdir: “İlqar Məmmədov 13 avqust 2024-cü ilə qədər heç bir seçkidə namizəd ola biləməyəcək”.

Məsələ ilə bağlı REAL-ın icraçı katibi Natiq Cəfərli “Yeni Sabah”a danışarkən bildirib ki, seçkilərdə iştirakla əlaqədar mövcud məhkumluğun aradan götürülməsi üçün müvafiq addımlar atılacaq:

“Ali Məhkəmənin qərarı ilə İlqar Məmmədovun üzərindən bir çox məhdudiyyətlər götürüldü. Yeganə olaraq seçkilərdə iştirakla bağlı məhdudiyyət qalıb. Amma bunun da hüquqi mexanizmləri var. Bu mexanizmlərdən istifadə edərək təbii ki, İlqar Məmmədovun seçkilərdə iştirakının təmin edilməsi üçün bütün prosedur addımlar atılacaq. Parlament seçkilərinə qədər əminəm ki, İlqar məmmədovun üzərindən məhkumluğun götürülməsini , seçkilərdə iştirakını təmin edə biləcəyik. Bu, Avropa İnsan Haqları Məhkəməsinin də tələblərindən biridir”.

N.Cəfərli qeyd edib ki, REAL-ın yeganə namizədi İlqar Məmmədovdur: “2025-ci ildə prezident seçkiləri olacaq. Fərz etsək ki, İ.Məmmədovun məhkumluğu o zamana qədər götürülməyəcək, buna baxmayaraq, məhkumluq 2024-cü ilə qədərdir. Bu baxımdan REAL-ın yeganə namizədi İlqar Məmmədovdur”.

Həmçinin oxuyun

Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür

Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı …