Çərşənbə , Aprel 24 2024
Ana səhifə / “Yazdığı şeirlər gözünə girsin…” – İlhamədən Elzaya dələduzluq ittihamı

“Yazdığı şeirlər gözünə girsin…” – İlhamədən Elzaya dələduzluq ittihamı

Xalq artisti İlhamə Quliyeva ilə əməkdar artist Elza Seyidcahan arasında baş verən qalmaqal davam edir. Xalq artisti Seyidcahanın onun haqda səsləndirdiyi fikirlərə yenidən münasibət bildirib.

“Qafqazinfo”ya açıqlamasında Quliyeva qeyd edib ki, Elza Seyidcahan dələduzluqla məşğuldur və insanların zinət əşyasını alsa da, geri qaytarmayıb:

“Meymun, it, pişikoynadan Elza dünən yəqin özündə olmayıb və mənim haqqımda müsahibə verib. Onun hər kəlməsi məhkəməlikdir. Utanmır, mən əlimə məşəl götürmüşəm, o isə başına qəlyan qoyub ki, məşəldir. O qəlyan gözünə girsin. Allah Elzanı vurub, boynunun dalını görəndə millət vəkili olacaq. Özünə aid olan sözləri başqalarına şamil etməsin. Unutmasın ki, dəfələrlə evimə zəng edərək bildirib ki, bacısı ilə gəlib qulluğumda durmaq istəyir. Amma mən onu evimə buraxmamışam, o evə buraxılası adam deyil. Oğlunun birinci toyunda olmuşam, o zaman Elzanı yaxşı tanımırdım. Oğlunun ikinci, qızının birinci toyunda zəng etsə də, getmədim. Elzanı özümə yaxın buraxmaq istəmirəm. Pul yığmaq üçün dənizkənarında konsert verəcəkdi, yalandan xəbər yaydı ki, mən də konsertdə olacam. Mənim icazəm olmadan, nə ixtiyarı var ki, iki dövlətin xalq artistinin adından istifadə edir. Mənim dövlət ödüllərim var. Hər bir kəsə borcu var, oğlunun birinci toyundan restorana borcu var. Gündə toy edib pul yığır. Unudub ki, Azərbaycanın rayonlarında icra hakimləri onun əlindən zar edir. Hara gedirsə, pul istəyir. Məndə sübutlar, faktlar var. O rayonlara gedəndə icra başçıları gizlənir. Onları tapa bilməyəndə bazara gedib pulsuz bazarlıq edir. Gedib rayonları soyur, dili də var danışmağa? Dəfələrlə zəng etmişəm ki, xalqın pullarını qaytarsın. Bir salon var, işçilərinin zinət əşyalarını alıb ki, taxıb qaytaracaq 2 ildir yoxa çıxıb. Axır salonun sahibi mənə zəng etdi ki, ya pulumuzu versin, ya qızılları qaytarsın. Şəki şəhərində bir nəfərdən qızıl, brilliant götürüb, pulunu vermir. Elza, deyəsən, pulun çoxalıb, ona görə azğınlaşmısan? O pulları ona xərcləşdirərəm.

Deyir ki, mənə hədiyyələr verib. Onun pulu var mənə hədiyyə alsın? Onu hədiyyələrin içində basdıraram. Ağlı gedib, bir ayağına başqa, digərinə başqa çəkmə geyir. Bu şüurun azlığındandır. Biz başqa rayonların sakiniyik, o nə vaxt gördü ki, mən qapı-qapı gəzib səs yığırdım? Heç vaxt mən qapı-qapı gəzməmişəm. Mən bir dəfə 2000-ci ildə Yasamal rayonundan deputatlığa namizəd olmuşam. O zaman bəziləri mənim ayağımın altını qazdılar, saat 6-da məntəqəni yandırdılar. Saat 3-də artıq deputat seçilmişdim, nəticələr yandırıldı. Mən millət vəkili olmaq hüququndayam. Millət vəkilindən əskik deyiləm. Ehtiyacı olanlara yardım edirəm.

Deyir ki, insanları öyrədib dalaşdırıram, yalansa, gözün çıxıb, ovcuna düşsün. Özünə layiq olan sözləri mənim ünvanıma deyir. Gözəl musiqiçidir, notu bilir, müəllimi də dahi şəxs olub. Amma oxumasın, ayıbdır. Yazdığın şeirlər gözünə girsin, biabırçı, tərbiyəsiz sözlərlə şeir yazır. Millət vəkillərinə şər atıb, piar edir. Türk mahnısı öz adına çıxır. Başından böyük qələtlər edib, hər kəliməsi bahabaşa gələcək.

Elzanın mənim qədər titulu olsaydı, mənim qədər hörmət qazansaydı, nə edərdi? İki dövlətin xalq artistiyəm. Onun kimi millət vəkili olar? Camaatın daş-qaşını qulağından çıxardıb, qaytarmır. Sözlərim çoxdur, hələ bu müqəddimədir. Vay, o parlamentin halına ki, orda sənin kimi biri oturacaq. Elza dələduzdur. Onun başqa əməlləri də çoxdur, özü bilir, açıqlamıram. Ardı var”.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın