Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Yayda çəkilən “Qış nağılı” – Türkiyəli məşhurlar Bakıya gəldi

Yayda çəkilən “Qış nağılı” – Türkiyəli məşhurlar Bakıya gəldi

Bu gün azərbaycanlı məşhurlarla birlikdə türk müğənnisi Halil Sezai və aktrisa Müge Bozun rol aldığı “Qış nağılı” filmi ilə bağlı mətbuat konfransı keçirilib. 

Tədbirdə türk qonaqlarla yanaşı, ekran işində yer alan azərbaycanlı aktyor və müğənnilər də iştirak edib. Onlar media nümayəndələrinin suallarını cavablandırıblar.

Filmin baş prodüseri Cəfər Axundzadə bildirib ki, filmdə demək olar ki, hər kəs baş rol ifa edir: “Çəkilişlər hələ ki, davam edir. İstədik belə bir konfrans keçirib suallarınızı cavablandıraq. Filmin neçəyə başa gəldiyini deyə bilməsəm də, qeyd edim ki, müasir Azərbaycan filmləri arasında ən bahalı layihədir. Premyera vaxtı dəqiq deyil, amma yəqin ki, dekabrın 8-i ərəfəsində baş tutacaq. Film təkcə Türkiyədə deyil, Avropa kinoteatrlarında da nümayiş olunacaq. Həmçinin filmin çəkilişləri yay aylarından başlayıb. Yayda qışı yaratmaq çətin oldu, süni qar yağdırmaq üçün İrandan mütəxəssislər cəlb etdik”.

Müge Boz isə gördüyü xoş münasibətdən bəhs edib: “Çəkiliş qrupu ilə İstanbulda tanış olmuşduq. Onların işinə bələd olduğum üçün təklifi qəbul etdim. Çəkilişlər əyləncəli və maraqlı keçdi. Peşəkar komanda ilə çalışmaq bizə zövq verdi”.

Halil Sezai bildirib ki, kinoda onun ifalarına da yer verilib: “Film yeni il ərəfəsində olduğu üçün musiqi də ifa etmişəm. Filmin ödənişi hələ olunmayıb(gülür). Biro nu deyə bilərəm ki, çox əyləncəli bir çəkiliş oldu”.

Qeyd edək ki, layihədə xalq artisti Səidə Quliyeva, əməkdar artist Sənubər İsgəndərli, aktyor Elcan Rəsulov, aktrisa-rəqqasə Oksana Rəsulova və b. rol alıb.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …