Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq” – Dövlət başçısı

“Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq” – Dövlət başçısı

“Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir”.

Unikal.org-un xəbərinə görə, bunu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəni qəbul edən zaman deyib.

“Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər”, – deyə, dövlət başçısı əlavə edib..

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …