Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / Yavər Camalovun nazir postuna iki namizəd var

Yavər Camalovun nazir postuna iki namizəd var

Müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından sonra bu posta müavini Yəhya Musayev və nazirlikdə aparat rəhbəri Üzeyir İsmayılov sahiblənmək istəyirlər.

AzEuroNews.com-un aldığı xəbərə görə, hazırda nazir postuna təyinat olmasa da, Y.Musayevin real namizəd kimi adı çəkilir.

Digər namizəd isə aparat rəhbəri, nazirin qardaşı Əlikiram Camalovun kürəkəni İsmayılov Üzeyir Ərəstun oğludur.

Müdafiə Sənayesi Nazirliyində Ü.İsmayılovdan başqa işləyən mərhum nazirin yaxın qohumları çoxdur.

Y.Camalovun qaynı Tacəddin Mirzəyev, qardaşı Əlihüseyin Camalov, dayısı Pirverdi Məmmədov və başqaları nazirlikdə işləyirlər.

Ona görə də postlarını sığortalamaq üçün qohumların Ü.İsmayılov üzərində dayandığı bildirilir.

Məlumata görə, Y.Musayevlə mərhum nazirin münasibətləri o qədər yaxşı olmayıb. Odur ki, qohumları da nazir müavinini dəstəklmirlər.

Hətta Y.Camalovun vəfat etdiyi gün – 24 iyunda aralarında mübahisə yaşandığı xəbər verilir. İddialara görə, Y.Camalov Fransa səfərindən geri dönəndə səhhəti normal olub.

Vəfat etdiyi gün – iyunun 24-də nazirliyə işə gedib və müavini Y.Musayevlə gərginlik yaşanıb. Y.Camalovun Y.Musayevə fəaliyyəti barədə prezidentə məlumat verəcəyini söylədiyi deyilir.

Nazir müavini isə əksinə, özü sənədlərlə dolu qovluğu gətirib Y.Camalova göstərərək “mən prezidentə faktlar təqdim edəcəm” dediyi iddia edilir.

Y.Camalovla müavini arasında çoxdandır münasibətlərin pozulduğu və onu işdən çıxarmaq istədiyi deyilir. Nazirlikdən cavab ala bilmədik.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …