Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Aktual / “Yaşat” Fondu ona yardım vəd etsə də, hələ bir nəticəsi yoxdur – Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA!

“Yaşat” Fondu ona yardım vəd etsə də, hələ bir nəticəsi yoxdur – Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA!

Ramin Tapdıqov İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Sentyabrın 21-də cəbhə bölgəsinə yollanan Ramin oktyabrda ağır yaralanıb. Bundan sonra bir ay xəstəxanada qalıb. Onun ayağı sınıb, qəlpələr isə bədənində yerdəyişmə edib.

Ramin Tapdıqov deyir ki, onun xəstəlik sənədini hazır etmir, get-gələ salırlar. Müalicə üçün Hərbi Hospitala gedəndə mülki xəstəxanaya yönləndirirlər. Bunun üçünsə onun imkanı yoxdur. Qazi əvvəllər briqadir kimi çalışıb. İndi əmək qabiliyyətini itirdiyi üçün heç bir yerdə işə götürmürlər. O, hazırda ailəsi ilə birgə vaqon hissələrindən hazırlanan balaca evdə yaşayır. İki azyaşlı övladı var. Deyir, müharibə başlayanda həyətində yeni tikdiyi ev də yarımçıq qaldı.

Qazi deyir ki, “Yaşat¨ Fondu ona yardım vəd etsə də, hələ bir nəticəsi yoxdur. Yardım etmək üçün fond veteran kartı tələb edir.

Qazinin tək istəyi sağlamlığına qayıtmaq, ailəsini sərbəst dolandıra bilməkdir. Ramin Tapdıqov deyir ki, müharibədəki minamyot səsləri onda ciddi travmalar buraxıb. Gecələr yata bilmir, durduğu yerdə əsəbləşir. Hətta elə olub ki, özünəqəsd haqqında da düşünüb.

Həmçinin oxuyun

“Kadr seçimində peşəkarlıqla yanaşı, sədaqətlilik də olduqca önəmlidir” – RƏY

“Həmişə olduğu kimi, Azərbaycan Ordusunun rəhbərliyində həyata keçirilən kadr dəyişiklikləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. …