Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Yaşasaydı 28 yaşı tamam olacaqdı – Şəhid zabitimizin doğum günü (FOTOLAR)

Yaşasaydı 28 yaşı tamam olacaqdı – Şəhid zabitimizin doğum günü (FOTOLAR)

Bu gün Silahlı Qüvvələrimizin zabiti, aprel döyüşlərində qəhrəmancasına şəhid olan baş-leytenant Elvin Məmməd oğlu Namazovun doğum günüdür. E.Namazov 1990-cı il sentyabrın 7-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-ci ildə Zahid Məmmədov adına Yuxarı Salahlı kənd orta məktəbini bitib. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2012-ci ildə təhsilini başa vuran zabitimiz xidmətə başlayıb. 2016-cı ildə isə o, baş-leytenant rütbəsi alıb.
Aprel döyüşləri zamanı Elvin Namazov aprelin 3-də qəhrəmancasına şəhid olub. Aprelin 9-da şəhid zabitimiz doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Xatırladaq ki, şəhidimiz təzə ailə qurmuşdu. Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …