Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Aktual / Yaşar Xudiyev Afrika cəngəlliyində döyüldü

Yaşar Xudiyev Afrika cəngəlliyində döyüldü

“Azadlıq üçün pedalla” devizi altında velosipedlə Cənubi Afrikaya yola çıxan azərbaycanlı səyyah və bloqqer Yaşar Xudiyev ‪hücuma məruz qalıb.

“ Azinforum.az ” azadliq.org-a istinadən xəbər verir ki, o hazırda hospitaldadır. Başına 10 tikiş qoyulub.
“Sol qolum qırılıb. Kürək sümüklərimdə çatlar var, sağ qulağım yarı kardır”, – o, bu haqda bloqunda yazıb.
Yaşar Xudiyevin sözlərinə görə, Kenya sərhədinə 50 km qalmış bir qrup adam ona hücum edərək döyüb, velosipedini, başqa əşyalarını əlindən alıb. Sənədlərini isə yandırıblar. “Onlar məni cəngəlliyin dərinliyinə öldürmək məqsədiylə apardılar. Ölümcül döydülər və başıma ən azı 10 daş zərbəsi dəydi . Bütün başımı qan içində görüb öldüyümü sandılar”, – yazır velosəyyah.

Yaşar Xudiyev “yarıhuşsuz, ac və başı qanlı” halda ancaq yabanı giləmeyvə yeyərək, çirkli su içərək sağ qaldığını deyir .

“Cəngəllikdən yol tapıb çıxdım və özümü ilk gələn maşının qabağına atdım. Həmin maşın məni qəsəbə hospitalına çatdırdı”.

Yaşar Xudiyev ümumi vəziyyətinin yaxşı olduğunu və səyahətinin başa çatdığını bildirir.

O velosipedlə səfərə ötən ilin mayında çıxıb. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Avstriya, İsveçrə, Almaniya, Fransa və İspaniyadan sonra Afrikaya keçib.
Bu, Yaşar Xudiyevin ilk velosəfəri deyil. O iki il öncə – 2014-cü ildə ABŞ-da 45 günə 5000 km məsafəni qət edib. Həmin səfəri həbsdəki NİDA vətəndaş hərəkatının üzvlərinə həsr etdiyini bildirir.

Yaşar Xudiyev ixtisasca jurnalistdir. O ABŞ-da magistratura oxuyub.

Yaşar Xudiyev Afrika cəngəlliyində döyüldü
Yaşar Xudiyev Afrika cəngəlliyində döyüldü

 

Həmçinin oxuyun

Mikayıl Cabbarovdan “Relax” qarşıdurması haqda – Paylaşım

Deputat İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzində baş verən qalmaqala vergilər naziri Mikayıl Cabbarov da …

Bir cavab yazın