Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Aktual / Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt

Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt

Vətən müharibəsinin qazisi Ağayev Kamran Şakir oğlunun həyat yoldaşı 3-cü qrup gözdən əlildir.

Reportyor.info xəbər verir ki, K.Ağayev döyüşlərdə olanda xanımı Yasamal Rayon İcra Hakimiyyətinə gedib. Qazi xanımına İH-dən bildirilib ki, biz gözdən əlillərin problemlərinə baxmırıq. Bu cavabla bağlı etirazını bildirənlər arasında şəhid qızı, aktrisa Könül Yusifqızı da var. O, sosial şəbəkə hesabında da yazıb ki, Yasamal icra hakimiyyəti problemi olan insanlara kömək etmirsə, bəs kimlərə yardım edir?! Aktrisa son dövrlər məmurların şəhid və qazi ailələrinə laqeyd münasibətindən gileylənib. Onun sözlərinə görə, I Qarabağ savaşı şəhidlərinin ailələrinin problemləri köhnəlib, bu müharibənin heç olmasa qazi və şəhid ailələrinə qayğı yüksək olmalıdır. Amma göründüyü kimi bəzi məmurlar narazılıq yaradır. Qeyd edək ki, Yasamalın icra başçısı Elşad Həsənovdur. O, rayonun deputat olub. E.Həsənov Yasamala rəhbərlik etdiyi vaxtdan xüsusi fəaliyyəti ilə seçilməyib.


Həmçinin oxuyun

“İskəndər”i İsrail silahı zərərsizləşdirib?

Bu günlərdə Britaniyanın “Middle East Eye” nəşri sensasiyalı məlumat yayaraq, Ermənistanın Azərbaycan ərazisinə atdığı “İskəndər” …