Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Yasamal Rayon Məhkəməsinin hakimindən Fikrət Məmmədova ŞİKAYƏT…

Yasamal Rayon Məhkəməsinin hakimindən Fikrət Məmmədova ŞİKAYƏT…

Bu gün redaksiyamıza Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Həmidə Məmmədquluzadə ev 27 ünvanında yaşayan Musayeva Xəyalə Sədi qızı tərəfindən Azərbaycan Respublikası ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlanmış məktubun surəti göndərilib.
Gununsesi.info xəbər verir ki, məktub müəllifi keçmiş həyat yoldaşı Musayev Sərdarla nikahının pozulması və əmlak bölgüsünə dair ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Şikayətçi qeyd edib ki, sonradan qarşı tərəfin vəsatəti ilə iş Nərimanov Rayon Məhkəməsinə göndərilib: “Bir müddətdən sonra məhkəmə keçirilmə vaxtı ilə maraqlananda, məhkəmədən bildirdilər ki, iş dayandırılıb və proses ilə bağlı bizə əlavə məlumat veriləcək. Lakin sonradan bu barədə bizə heç bir məlumat verilmədi”.
Müəllif vurğulayır ki, bu yaxınlarda yenidən Nərimanov Rayon Məhkəməsinə müraciət edəndə ona məlum olub ki, bununla bağlı işə Yasamal Rayon Məhkəməsində baxılır və buna görə də həmin iş Nərimanov Rayon Məhkəməsi tərəfindən dayandırılıb. Bundan sonra Yasamal Rayon Məhkəməsinə müraciət edib: “Lakin məhkəmədən bildirdilər ki, arxivdə bizimlə bağlı hər hansı iş aşkarlanmayıb. Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinə müraciət edəndə isə məlum oldu ki, keçmiş həyat yoldaşımın qardaşı Musayev Elxan Musa oğlu Yasamal Rayon Məhkəməsində mənə və Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı ərazi idarəsinə qarşı iddia qaldıraraq 2004-cü ildən mülkiyyətində olan Bakı şəhəri, X.Şuşunski küçəsi 12-də yerləşən 193 kv.m qeyri-yaşayış sahəsinin çıxarışını ləvğ etdirmiş və özünün mülkiyyət hüququnu tanıtdırmışdır. Mülki işə Yasamal Rayon Məhkəməsinin hakimi Quliyev Zəfər baxmış və 29 noyabr 2016-ci ildə iş üzrə qərar qəbul etmişdir. Qətnamə qəbul edən hakim Quliyev Zəfər tərəfindən qərəzli olaraq nə mənə, nə də digər cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə qəsdən məlumat verilməyib”.
Məktub müəllifi nazirə müraciətində bildirir ki, bu qanunsuz qərarla övladlarının təminatı olan mülkiyyətdən məhrum edilir: “Xatırladıram ki, mənim mülkiyyətimin taleyini müəyyən edən məhkəmə prosesindən nə xəbərim olub, nə də həmin məhkəmədə iştirakım təmin edilib. Hətta bu günə kimi məhkəmənin mülkümlə bağlı çıxardığı qətnaməni də ala bilməmişəm. Xahiş edirəm qətnaməni rəsmi formada mənə verilməsinə yardımçı olasınız. Baş vermiş bu biabırçılığa görə Yasamal Rayon Məhkəməsinin hakimi Quliyev Zəfər barəsində ciddi tədbir görməyinizi xahiş edirəm”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …