Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Aktual / Yasamal icra hakimiyyətində gizli sövdələşmə

Yasamal icra hakimiyyətində gizli sövdələşmə

Bakının Yasamal rayonu, Şərifzadə 37a ünvanında körpə yolkalar əkilib, həmin ərazini hasara alıb 4 mərtəbəli bina tikmək üçün hazırlıq gedir

Bu yaxınlarda Cəlilabad rayon icra hakimiyyətinin başçısı vəzifəsindən hakimiyyətdaxili klanların göz dikdiyi yerə – Bakı şəhəri Yasamal rayon icra hakimiyyətinə başçı vəzifəsinə qəflətən gətirilən Əziz Əzizovun rayon ərazisində iş görüb, görülən işlərin kölgəsində də şəxsi qazanc əldə etmək üçün ciddi axtarışlar apardığı bildirilir.

Məlumatı verən mənbənin xəbərinə görə, Əziz Əzizov rayon ərazisində müxtəlif həcmli binalar tikmək məqsədi ilə yer axtarışına başlayıb və bir neçə yerdə çox böyük olmasa da, ərazilər tapıb. Belə ərazilərdən birini də rayonun Şərizadə 37a ünvanında zibil qutularının qoyulduğu yerdə tapan icra başçısı 22 saylı MIS-ə təzə rəis təyin etdiyi Mahirin köməkliyi ilə  həmin əraziyə əvvəlcə körpə yaşıl yolka ağacları əkdirib. Zibil qutuları isə həmin ərazidən götürülüb.

Icra hakimiyyətindəki mənbənin verdiyi xəbərə görə, icra başçısı ilə ərazini almaq məqsədi ilə sövdələşmiş imkanlı şəxs bir müddətdən sonra guya, körpə ağaları mühafizə etmək üçün ərazini hasara alacaq, hasarın içərisində isə yeni tikəcəyi binanın özülünü, daha sonra isə 4 mərtəbədən ibarət olacaq binanın tikintisinə başlayacağl bildirilir.

Bundan əlavə, başqa bir məlumatda bildirilir ki, xeyli vaxtdır Yasamal rayonu ərazisində tənha yaşayan kimsəsiz qadın vəfat edib. Vəfat etdikdən sonra həmin qadının varisinin ortaya çıxmaması bəzi məmurları iştaha gətirib. Hazırda vəfat etmiş  qadına məxsus olan ikiotaqlı mənzilin ələ keçirilib, satılması üçün fürsət  yaranıb. Həmin mənzilin ünvanı bizə bəlli olsa da, qeyd etməyi vacib saymırıq. Mənzilin taleyini maraqla izləyənlərdən xəbərimiz var və biz də bu işin hansı sonluqla  bitəcəyini və onu ictimailəşdirməyi nəzərdə tutmuşuq. (paralel.az)

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Albaniya da ermənipərəst deputatı arzuolunmaz şəxs elan etdi – VİDEO

Erməni lobbisinin dəstəyi ilə Dağlıq Qarabağa qanunsuz səfərlər edən və buna görə Azərbaycan tərəfindən arzuolunmaz …