Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / YAP-ın rayon təşkilat sədrinin oğlu SAXLANILDI

YAP-ın rayon təşkilat sədrinin oğlu SAXLANILDI

Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.

Azinforum.az report-a istinadən xəbər verir ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.

F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …