Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / YAP-da yeni təyinat

YAP-da yeni təyinat

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin yeni müdiri məlum olub.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, Nurlan Qələndərli bu gündən bu vəzifədə fəaliyyətə başlayıb.

Qeyd edək ki, bundan öncə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev idi.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Nurlan Qələndərli bundan əvvəl “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru olub. Yeni vəzifəyə təyin olunması ilə əlaqədar iyulun 15-də “Yeni Azərbaycan” qəzetindən ayrılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …