Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / YAP-çı deputat Oqtay Gülalıyevə baş çəkdi

YAP-çı deputat Oqtay Gülalıyevə baş çəkdi

Millət vəkili Aydın Mirzəzadə qəzadan sonra müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevə baş çəkib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat özü məlumat yayıb. O, qeyd edib ki, bir neçə dəqiqə əvvəl Respublika Neyrocərrahiyyə Xəsəxanasında olub:

“İcazə alaraq reanimasiya şöbəsində onu gördüm. Baş həkim, onu əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim.

Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir. Lazımi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostlarına onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır.

Allah şəfa versin”.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …